Ukrayna mediası Azərbaycanın gücündən yazdı - Döyüş hazırlığı (Məqalə)

img

28-11-2014 [19:23]


Ölkədə büdcənin təsdiqindən sonra Azərbaycan tərəfinin orduya xərclənən pullarını əsas götürən ukraynanın Trust.ua portalı bunu müharibəyə hazırlıq kimi qiymətləndirir.

Məqalədə qeyd edilir ki, İlham Əliyevin tapşırığına əsasən Azərbaycan ordusuna gələn il 5 milyard dollar xərclənəcək. 2015-ci ildə ölkənin hərbi xərcləri 3783 milyon manat olacağı gözlənilir. Bu 2014-cü ilin göstəriciləri ilə müqayisədə 27,2 faiz çoxdur. Əldə olunan rəqəm maliyyə naziri Samir Şərifovun dediyinə görə elə 5 milyard səviyyəsindədir ki, bu da növbəti rekord göstəricidir. Üstəlik bu məbləğ Ermənistanın ümumi büdcəsindən 2 milyard dollar çox olacaq.

Nəşr qeyd edir ki, Azərbaycan regionda hərbi idxalı 150 faizdən yuxarı çoxaldan yeganə ölkədir. 85 faiz silahını isə Azərbaycan Rusiyadan alır, təkcə 2013-cü il üçün Azərbaycan Rusiyadan 3,5 milyard dollarlıq silah alıb.

2013-cü ildən etibarən Rusiya ilə quru qoşunları hərbi texnikası üzrə müqavilələr silsiləsi isə təəccübləndirməyə bilmir. Buraya 94 ədəd T-90C tankları, 100 ədəd Pyadalar üçün hərbi vasitələr BMP-3, 18 ədəd özüyeriyən "Msta-C” artileriya qurğuları, 18 "Smerç” reaktiv atəş sistemləri, 18 ədəd özüyeriyən "Vena” artileriya qurğuları, o cümlədən 6 ədəd "Buratino” yeni modifikasiya sistemli TOS-1A "Solnsepek” ağır odsaçan artileriya sistem alayı daxildir. 

Nəşrin qeyd etdiyinə görə, 2015-ci il üçün Azərbaycan Ermənistanın hərbi xərclərindən 10 dəfə çox orduya pul ayıraraq səbr kasasının dolduğu mesajını verməyə çalışır(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA