Siyasi partiyalara ayrılan vəsait artırıla bilər

img

28-11-2014 [12:57]


Azərbaycan hökuməti 2015-ci ilin dövlət büdcəsində siyasi partiyalara ayrılan vəsaitin artırılması ilə bağlı təklifi nəzərdən keçirib.

Bunu Milli Məclisdə 2015-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, 2014-cü ilin büdcəsində siyasi partiyalara ayrılan vəsaitdən 10%, yəni 250 min manat qənaət edilib: "Bu vəsaitin 2015-ci ilin büdcəsində istifadəsi mümkündür. Bunun üçün "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununa düzəlişlər edilməlidir. Bu düzəlişlər məbləğin siyasi partiyalar arasında ədalətli şəkildə bölüşdürülməsinə şərait yaradacaq. Dəyişikliklərlə bağlı müvafiq qanun layihəsi hazırlanıb. Yaxın vaxtlarda bu sənəd Milli Məclisə təqdim ediləcək”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA