Əli Kərimlinin keçmiş müşaviri Müsavata üzv oldu

img

28-11-2014 [12:36]


AXCP sədrinin sabiq müşaviri, Qarabağ döyüşçüsü, Füzuli rayonunun keçmiş icra başçısı Şakir Abbasov Müsavat Partiyasına üzv olub.

Modern.az saytı xəbər verir ki, bu haqda məlumatı Müsavat Partiyası Xəzər rayon təşkilatının sədri Niyaz Nəsirli verib. O, özünün facebook səhifəsində yazıb ki, , Müsavat Partiyası Xəzər rayon təşkilatının Şura iclasında təşkilati məsələlər və Müsavat Partiyasının keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq müzakirə olunub.

"Həmçinin yeni üzvlər qəbul olunub. Tanınmış demokrat, Şakir Abbasovla eyni gündə gənc fəal, ali təhsilli iqtisadçı Seyhun Feyziyev də Müsavat Partiyasının sıralararına üzv qəbul olunub”.

Xatırladaq ki, Şakir Abbasov bu ilin oktyabr ayında AXCP-dən istefa verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA