Hafiz Hacıyev: “Xədicənin parazitdən heç bir fərqi yoxdur”

img

27-11-2014 [15:51]


"Azadlıq radiosu hər zaman birtərəfli mövqedən çıxış edib”. Bu fikirləri SİA-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Azdalıq” radiosuna qarşı məhkəmə iddiası ilə çıxış etməsinə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, sözügedən radio Əli Kərimlinin mövqeyini verib, onun mövqeyimi qeyd etməyib: "Məhz buna görə mən radionu məhkəməyə vermək qərarına gəlmişdim. Sonra sözügedən radionun rəhbərliyi aralarında razılığa gələrək fikirlərimi səsləndirdi. Bu baxımdan məhkəməyə müraciət etmədim”.

Partiya sədri onu da qeyd edib ki, Xədicə İsmayıl və onun kimiləri qarışıq adamlardır: "Xədicənin parazitdən heç bir fərqi yoxdur. Onlardan xarici dövlətlər əl çubuqları kimi bir sıra məsələlərdə ölkəmizə qarşı istifadə edirlər. Ermənilərə satılırlar həbsə məruz qalanda isə insan haqlarından bəhs edirlər. Düşünürəm ki, bunlar öz satqın mövqelərindən əl çəkməlidirlər. Rəhbəri olduğum partiya qəti qərar verib ki, millətinin, xalqının mənafeyini satanlara qarşı çox aqresiv münasibət sərgiləyəcək. İkili standartdan çıxış edən beynəlxalq təşkilatları sərt qınayıram. Çünki onlar bu insanlara maddi və mənəvi dəstək verməklə yanılırlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA