Müsavatda sədr istefa verdi- “Partiyanı Arif Hacılıya qurban verdilər”

img

25-11-2014 [21:47]


Müsavat Partiyasının Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyev partiyadan istefa verib.

Mia.az xəbər verir ki, bu barədə APA-ya R. Əliyev özü məlumat verib.

O, istefasının səbəbini partiyada yaranmış vəziyyət və Arif Hacılının verdiyi qərarlarla əlaqələndirib: "Hikmət Hacızadənin olmadığı yerdə mən necə qala bilərəm? Bezmişəm artıq. Müsavatı Arif Hacılıya qurban verdilər”.

Qeyd edək ki, Müsavatın Bakı şəhər Suraxanı rayon təşkilatının fəallarından Faiq Nağıyev də partiya daxilində yaranmış vəziyyətlə əlaqədar partiyadan istefa verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA