YAP 15 min nəfərlə seçkiyə gedir

img

24-11-2014 [22:52]


"Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən ilkin olaraq 15 min nəfərdən çox şəxsin namizədliyi irəli sürülüb və onların əksəriyyəti imza vərəqələri alıb. Artıq bir neçə gün öncə imzatoplama kampaniyası uğurla başa çatıb və imza vərəqələri müvafiq sənədlərlə birlikdə dairə seçki komissiyalarına təqdim olunub".

SalamNews-un məlumatına görə, bunu YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov hakim partiyanın saytına verdiyi müsahibədə bildirib.

O deyib ki, konkret rəqəmlə desək, 15035 nəfər namizəd irəli sürmüşdük. Onların da 14 861-i dairə seçki komissiyalarında namizəd kimi qeydiyyata alınıb. Biz bütövlükdə 15035 bələdiyyənin hamısına namizəd irəli sürmüşük.

Bələdiyyə seçkilərinin bir tələbi ondan ibarətdir ki, namizəd olmaq istəyən şəxslər gərək yaşayış qeydiyyatında olduğu ərazidə bu prosesi həyata keçirsin. Yəni bir ərazidə qeydiyyatda olan şəxslər digər yerdə bələdiyyəyə namizədliyini irəli sürə bilməz. Elə nümayəndələr var idi ki, faktiki həmin ərazidə yaşasa da, amma başqa yerdə qeydiyyatdadır. Buna görə də, bir neçə nəfərə dairə seçki komissiyaları tərəfindən imza vərəqələri verilmədi. Eyni zamanda, səhhəti ilə əlaqədar olaraq öz namizədliyini geri götürənlər də oldu. Bu səbəblərdən təxminən 174 nəfərə imza vərəqələri verilmədi. Onlar istisna olunmaqla bütün bələdiyyələrə namizədlərimiz irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA