Qubada YAP-la bağlı tədbir keçirilib - FOTO

img

24-11-2014 [09:46]


Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22 illiyi münasibətilə Qubada partiya fəalları yürüş keçiriblər.

Yürüşdən əvvəl YAP-ın Quba rayon təşkilatının inzibati binasında partiya fəallarının iştirakı ilə toplantı keçirilib. Toplantıda çıxış edənlər YAP yaradıldığı zaman ölkədə mövcud olan mürəkkəb siyasi vəziyyət haqqında danışıblar. Qeyd edilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dərin böhran içərisində olduğu zaman xalqı və dövləti bu ağır vəziyyətdən ulu öndər Heydər Əliyev çıxarıb. Ümummilli Liderin əsasını qoyduğu partiya ötən 22 il ərzində ümumxalq partiyasına çevrilməyi bacarıb.

Çıxışlardan sonra YAP sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Toplantının ardından partiya fəalları və gənclər YAP-ın Quba rayon təşkilatının inzibati binası qarşısından ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsinədək yürüş keçiriblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA