20 Noyabr faciəsi Türkiyədə də anılıb

img

24-11-2014 [16:15]


Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi Türkiyənin İzmir şəhərində   tarixə "20 Noyabr faciəsi” kimi daxil olan  hadisənin ildönümü münasibəti ilə tədbir keçirib. 1991-ci il noyabrın 20-də Xocəvənd royonunun  Qarakənd kəndində erməni hərbi birləşmələri tərəfindən vurulan vertolyotda həlak olan Azrbaycanın tanınmış 22 dövlət və ictimai-siyasi xadiminin xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib. 

Sonra dərnəyin mətbuat xidmətinin rəhbəri Nigar Abdullayeva iştirakçılara Qarakənd faciəsi ilə bağlı ətraflı məlumat verib. Hər zaman olduğu kimi hadisəyə beynəlxalq aləmin susqun yanaşmasından  təəssüfləndiyini bildirən Nigar xanım, bu yaxınlarda Azərbaycanın sərhədlərini pozan erməni vertolyotunun əsgərimiz tərəfindən vurulmasını dünya ictimaiyyətinin faciəyə çevirməsinin qəbulolunmaz olduğunu qeyd edib. "Dünya bu  məsələlərə ədalətli şəkildə deyil, ikili standartlarla yanaşır. Artıq bu cür yanaşmanın zamanı çoxdan çatmış”- şəklində çıxışını tamamlayıb.                      

 Tədbirdə qondarma erməni soyqırımıyla mübarizə aparan Tələt Paşa Komitəsinin İzmir dönəm başkanı Kevsər Kulachıoğlu,  Qafqaz Dərnəyi başkanı Vehpi Kuş, Dərnəyin İdarə heyyətinin üzvləri Fadil Ünal və Ahmet Börək də çıxış edərək  şəhidlərimizə rəhmət diləyib, Azərbaycanın dərdinin bütün türk dünyasının dərdi olduğunu qeyd ediblər. 

AQİD-in başqan yardımcısı Cavid Əliyev də öz çıxışında vurğulayıb ki, dünya ictimaiyyəti  bu kimi olaylardan nəticə çıxarmalı, ermənilərin bu cür özbaşınalığına və terror aktı törətmələrinə göz yummamalıdırlar.               

O, sonda dərnəyə başsağlığına gələn hər kəsə təşəkürünü də bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA