XİN-dən Bako Saakyanın ABŞ səfərinə kəskin cavab gəldi

img

24-11-2014 [14:35]


Azərbaycan Xarici İşlər Nazirliyi qondarma Dağlıq Qarabağ respublikası "prezidenti"nin Fransa və ABŞ-a səfərinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ANS PRESS-ə açıqlamasında sözügedən ölkələri bu cür məsələlərə adekvat münasibət bildirməyə çağırıb.

XİN rəsmisi qondarma rejimin nümayəndələrinin belə əməllərdən çəkinməsi üçün lazımi addımlar atılmasının vacib olduğunu vurğulayıb: "Məlum olduğu kimi, Ermənistan tərəfindən beynəlxalq səviyyədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviq olunması istiqamətində siyasət aparılır. Təcrübə göstərir ki, belə hallarda qondarma rejimin nümayəndələrinə Ermənistan tərəfindən pasportlar verilir. 

Bununla da qarşı tərəf yanlış məlumatlardırılır. Qondarma rejimi təmsil edən nümayəndələr Ermənistan Respublikasına aid olan pasportlar vasitəsi ilə xarici ölkələrə səfər edirlər. Bu səfərlər turistik xarakter daşıyır. Çünki heç bir halda belə səfərlər rəsmi xarakter daşımır. Qondarma rejimin nümayəndələri səfər zamanı rəsmi şəkildə qəbul olunmurlar".

Hikmət Hacıyevin sözlərinə görə, qondarma rejimi təmsil edən nümayəndələrin səfər etdikləri ölkələr məsələyə adekvat münasibət bildirilməlidir: "Onların bu səfərlərdən çəkindirilməsi istiqamətində lazımi addımlar atılması çox vacib haldır. Biz o dövlətləri məsələlərə adekvat münasibət bildirməyə çağırırıq".

Virtualaz.org xatırladır ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan noyabrın 23-də ABŞ-ın Los-Anceles şəhərində "Telemarafon-2014” çərçivəsində keçirilən tədbirə qatılıb.

Tədbirdə çıxış edən Bako Saakyan işğalçı rejimin sosial-iqtisadi durumundan Vardenis-Mardakert (Basarkeçər-Ağdərə) magistral yolunun (Kəlbəcərdən keçir) tikintisindən danışıb. Bildirib ki, marafonda yığılan pul Dağlıq Qarabağda müxtəlif layihələrə, o cümlədən bu yolun salınmasına xərclənəcək.

Tədbirdə Dağlıq Qarabağ rejiminin "dini rəhbəri” Parqev Martirosyan, Ermənistanın ABŞ-dakı səfiri Tiqran Sərkisyan da iştirak edib. Onu da xatırladaq ki, 54 yaşlı Bako Saakyan işğalçı müharibənin ən qanlı nümayəndələrindən biridir. O, 1990-cı ildən separatçıların formalaşdırdığı qanunsuz hərbi birləşmələrin komandirlərindən olub. Separatçı rejimə 2007-ci ildən rəhbərlik edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA