96 saylı Goranboy-Naftalan Seçki Dairəsində qalmaqal

img

23-11-2014 [22:09]


Bələdiyyə seçkilərinin birinci mərhələsinin yekunlaşdı. Hakimiyyətin və MSK sədri Məzahir Pənahovun seçkilərin demokratik və azad keçiriləcəyi barədə verdikləri vədlər ilkin mərhələdə özünü doğrultsa da, lakin buna qarşı çıxan da tapılıb.

Mia.az-a verilən məlumata görə, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində sözün əsl mənasında özbaşınalıq, qanunsuzluq və haqsızlıqdır. Dairənin "qanunlarına” görə bələdiyyəyə iddianı ancaq hakim partiyanın üzvləri ortaya qoya bilib: "Onun da hamısı yox. Müxlifətçilər isə bir qayda olaraq arzuolunmaz sayılıblar. Dairə sədri, hətta, o qədər "tündü"nü çıxarıb ki, Dairə Seçki Komissiyyasının müxalifəti təmsil edən 2 üzvü bu haqsızlığa və ədalətsizliyə dözməyərək, komissiyadan istefa vermək istəyindədirlər”.

Mənbə bildirib ki, həmin komissiya üzvləri öz istefalarını yaxın vaxtlarda Mətbuat Konfransı keçirərək elan edəcəklər: "Dairə Seçki Komissiyasının üzvlərindən sonra bir neçə məntəqə seçki komissiyalarında da müxalifəti təmsil edənlər komissiyanın işində iştirakdan imtina edəcəklər. 

Bu isə o anlamı verəcək ki, 96 saylı DSK Sovet dönəmində kommunistlərdən təşkil olunduğu kimi təkcə YAP-çılardan ibarət olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA