Polad Bülbüloğluna yeni vəzifə verildi

img

22-11-2014 [16:55]


MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) İdarə Heyətinin iclasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yenidən yekdilliklə DNƏF İdarə Heyətinin sədri seçilib.
 
Trend xəbər verir ki, Azərbaycan səfiri bu postu 2010-cu ildən tutur.

Вununla əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrov diplomata təbrik məktubu göndərib.

Məktubda Rusiya XİN rəhbəri səfiri yenidən bu posta seçilməsi münasibətilə təbrik edib: "Əminəm ki, DHƏF sizin rəhbərliyiniz altında MDB çərçivəsində ümumi humanitar məkan və mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş mühüm iri mədəni layihələrin reallaşdırılmasını, ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq əlaqələrinin irəliləməsini davam etdirəcək”.

S.Lavrov P.Bülbüloğluna Birliyin maraqlarında olan əməkdaşlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi xeyrinə səmərəli iş arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA