Vasif Talıbov yeni səfiri qəbul edib

img

22-11-2014 [16:26]


Noyabrın 21-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin yeni Baş konsulu Nihat Erşen-i qəbul edib. 

AzadlıqRadiosu xəbər verir ki, Vasif Talıbov görüşdə Naxçıvanın Azərbaycan və Türkiyə, eləcə də bütün türk dünyası üçün əhəmiyyətini çatdırıb. O, Naxçıvanın dünyaya tanıdılmasında birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Naxçıvanda çalışmaqdan məmnun qaldığını bildirən Nihat Erşen ikitərəfli münasibətlərin inkişaf etdirilməsində əlindən gələni edəcəyini deyib.

Nihat Erşen-den öncə bu vəzifəni Ali Rza Akıncı icra edirdi. O, ötən ilin oktyabrında bu vəzifəyə təyin olunmuşdu. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA