Beyləqanda YAP-ın yaranmasının 22-ci ildönümü ilə bağlı tədbir - FOTO

img

22-11-2014 [11:32]


Bu gün Beyləqan rayonu Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyasının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdən öncə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sədri Rəfayıl Pəsiyev və partiya fəalları ilə birlikdə Ulu Öndərin əzəmətli abidəsi önünə tər gül-çiçək dəstələri düzmüşlər.Tədbiri giriş sözü ilə cənab Vaqif Abdullayev açaraq tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasınn yaranmasının 22-ci ildönümü münasibətilə təbrik etmiş və partiyanın yaranma tarixindən geniş və ətraflı söhbət açmışdır.

Sonra söz Rəfayıl Pəsiyevə verilmiş və o da öz növbəsində məruzə ilə çıxış etmişdir.Çıxış edən YAP üzvlərindən rayon Ağsaqqallar Şurasının sədri Ələmşad Məmmədquliyev, şəhər 1 saylı orta məktəbin direktoru Gülbəniz Cəfərova, şəhər 3 saylı orta məktəbin direktoru Xuraman Rüstəmova Yeni Azərbaycan Partiyasının keçdiyi zəngin və şərəfli yoldan bəhs etmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA