ADİU-da YAP-ın 22 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

img

21-11-2014 [23:34]


Noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetdən Mia.az-a verilən məlumata görə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin universitetdə ucaldılmış büstü önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, "Yaradılmasının 22-ci illiyini qeyd edən Yeni Azərbaycan partiyası  milli dövlətçilik ənənələrinin formalaşmasında, respublikamızın bir çox ölkə əhəmiyyətli problemlərinin aradan qaldırılmasında həlledici rol oynayaraq xalqımızın tarixinin şərəfli səhifələrindən birinə çevrilib.

 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanı düşdüyü bütün bəlalardan xilas etmək yolunda atılan ilk müdrik addımlardan biri Yeni Azərbaycan Partiyasının yaradılması oldu. YAP qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi partiyasına çevrildi. Bu partiya Azərbaycan dövlətçiliyinin, onun dövlət müstəqilliyinin, bu günün və sabahın qarantı demək idi. Heydər Əliyevin qeyd etdiyi kimi - "Yeni Azərbaycan Partiyası vətəndaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, o, siyasi fəaliyyət göstərməyə, Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadir bir partiyadır... Ona görə də Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbəxt gələcəyə aparacaqdır”.

Rektor Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və onun rəhbərliyi ilə YAP fəaliyyətinin bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, onların ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunmasının prioritet istiqamətlərindən olduğunu qeyd edib. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən layihələr və proqramların xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Ümümmilli liderimiz Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini qeyd edib. Bildirib ki, bu gün Ümummilli Liderimizin əsasını qoyduğu inkişaf siyasəti möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanı dünya miqyasında nüfuzlu söz sahibinə çevirib. Prezident İlham Əliyevin inkişaf siyasəti Azərbacanın dünyanın ən sürətlə inkişaf edən ölkələr sırasında yer tutmasını şərtləndirib. Bu siyasətin əsasında insan amili dayanır və Azərbaycan güclü, müasir və nüfuzlu dövlət kimi tanınır.

YAP Səbail rayon təşkilatının sədrinin müavini Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova, YAP ADİU ərazi təşkilatının sədri Zəfər Bayramov və Sabah qrupunun tələbəsi Günay Qarayeva partiyanın keçdiyi şanlı yola nəzər salaraq, bu gün ölkənin iqtisadi və siyasi gücünün xeyli artdığını, partiyanın Prezident İlham Əliyevin sədrliyi ilə cəmiyyətdə yüksək siyasi nüfuza malik olduğunu diqqətə çatdırıblar.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA