"Heç kimdən incimirəm..." - Deputat Ceyhun Osmanlı

img

21-11-2014 [10:09]


Milli Məclisin deputatı Ceyhun Osmanlı Türkiyənin məşhur restoran brendlərindən olan MADO-nun ona məxsus olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

O,  AzVision.az-a açıqlamasında MADO-nun kimə məxsus olması barədə heç bir məlumatının olmadığını deyib:

"Onun kimə məxsus olması barədə heç təsəvvürüm belə yoxdur. Əgər hansısa bir jurnalist onun mənə aid olduğunu yazırsa və onu sübut edirsə, əgər mənimdirsə, onu həmin günü həmin jurnalistə bağışlayaram. Yox əgər mənim deyilsə, həmin jurnalist zəhmət çəkib cəmiyyəti yalnış məlumatlandırdığı üçün onlardan üzr istəsin. Əgər MADO mənimdirsə, mən, onu həmin jurnalistə bağışlaya bilərəm. Həmin jurnalist onu araşdırıb, ortaya çıxarsın. Mən qələm sahiblərini, yaradıcı insanları həmişə sevmişəm və hörmət etmişəm. 

Mənim barəmdə yayılan böhtan xəbərlərə görə də heç kimdən incimirəm. Qələm sahiblərinə heç vaxt kin saxlamıram. Çünki onların da çörəyi yazmaqdan çıxır. Mən buna çox normal və tolerant yanaşıram. Belə xəbərlərin çoxuna gülüb keçirəm. Siyasətdə olan insanlar belə xəbərlərə gülüb keçirlər. Çünki ölkə rəhbərliyi jurnalistlətrə qarşı tolerant olmaqla bağlı göstəriş verib. Bura onlara qarşı məhkəmə iddiaları qaldırmaq və həbs etdirmək məsələləri də daxildir. Biz də onun göstərişini yerinə yetirirk. Gənc nəsillər belə xəbərləri oxuyurlar. Təəssüflər olsun ki, buna öyrəşirlər. Gənc nəsillər buna öyrəşdirilməlidirlər”.

Qeyd edək ki, mətbuatda deputat Ceyhun Osmanlının MADO restoranının sahibi olması ilə bağlı məlumatlar yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA