"Azərbaycanda elə QHT-lər olub ki,..." - Rufiz Qonaqov

img

20-11-2014 [21:38]


"Azərbaycan Vətəndaş Cəmiyyətinin əsas hissəsi olan QHT-lər dünyada yaranan gərginlikdə birbaşa iştirakçı deyil”.

 Bunu Strategiya.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun "Dünyada yaranan gərginlikdə QHT-lərin də məsuliyyəti var” kimi fikirlərinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, QHT-lər özləri bu gərginliyin qarşısını almağa müvəffəq olmalıdır: "QHT-lərin bu gərginliklərin ölkəmizə qarşı yönəlməsinin qarşısını almaq, insanları düzgün istiqamətdə məlumatlandırmaq və baş verə biləcək təhlükələrdən yayındırmaq üçün məsuliyyəti və imkanları vardır. Ona görə də Azərbaycan QHT-lərinin üzərinə düşən əsas vəzifələrdən birincisi qloballaşan dünyada nə ciddi hadisə baş verirsə onu dərindən öyrənərək, təhlil etməli, bundan nəticə çıxararaq vətəndaşlarımızı düzgün istiqamətdə maarifləndirməkdir. 

Təəssüflər olsun ki, bəzi hallarda Azərbaycanda elə QHT-lər olub ki, bilərəkdən və ya bilməyərəkdən ölkəmizə qarşı yönəlmiş məqsədyönlü çirkin oyunların iştirakçısına çevrilmişlər. Bu kimi hallar yolverilməzdir və hər bir təşkilat ilk növbədə öz ölkəsinə xidmət etməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA