"Rəqiblərim YAP-ın namizədidir"

img

20-11-2014 [19:23]



"YAP və müxtəlif partiyaların namizədləri ilə yanaşı bitərəf şəxslər də namizədliyini irəli sürüb. Bu gün əsas mübarizəm YAP -ın namizədləri ilə olacaq. Rəqiblərim YAP-ın namizədləridir. "

BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının bələdiyəyə namizədliyi təsdiq edilib. Bununla bağlı mətbuata məlumat verən BAXCP sədrinin müavini bildirib ki, bu gün 45 saylı Abşeron Dairə Seçki Komisiyasından məlumat veriblər:" Seçki məcəlləsinin tələb etdiyi bütün sənədləri təqdim etmişdim. Qanunda nəzərdə tutulan imzalar da toplanılmışdı. Artıq bu gün namizədliyimin təsdiq edildiyi ilə bağlı DSK-dan məlumat verdilər. Bu gündən etibarən təbliğat-təşviqat kampaniyasının başlanmasını gözləyəcəm. Namizədliyimi irəli sürdüyü dövrdə heç bir maneə və təzyiqlə rastalaşmadım. BAXCP-nin irəli sürdüyü namizədlərin heç birində də bu hal qeyde alınmayıb. "

Niyamədddin Orduxanlı deyib ki, bu onun bələdiyyə seçkilərində dördüncü iştirakıdır: " Bu sahədə geniş təcrübəm var. İndiyə kimi 3 dəfə yaşadığım Abşeron rayonunun Mehdiabad qəsəbəsinin bələdiyyə seçkilərində iştirak etmişəm və hər üçündə də qalıb gəlmişəm. Mehdibad qəsəbəsində 6000 seçicisi, 20 000 artıq əhalisi var."
Mehdiabad bələdiyyəsində namizədlərin irəli sürülməsində aktivlyin olduğunu bildirən sədr müavini bildirib ki, Mehdiabad bələdiyyəsi seçiləcək üzvülərin sayı 13 nəfər olacaq:" Bu səfər də namizədliyini isrəli sürən şəxslərin çoxdur. YAP və müxtəlif partiyaların namizədləri ilə yanaşı bitərəf şəxslər də namizədliyini irəli sürüb. Bu gün əsas mübarizəm YAP -ın namizədləri ilə olacaq. Rəqiblərim YAP-ın namizədləridir."

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA