Hafiz Hacıyev Müsavatdan istefa verənlərlə danışırlar aparır

img

19-11-2014 [15:22]



Məlum olduğu kimi, Müsavat Partiyasının qurultayından sonra kütləvi istefalar başlayıb. Partiyadan uzaqlaşan bəzi müsavatçıların Müasir Müsavat Partiyasına transfer etdikləri bildirilir.

Bu barədə mətbuat xidmətinə açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev belə bir məsələnin olduğunu təsdiqləyib. O bildirib ki, Müsavat Partiyasından istefa verənlərin böyük əksəriyyəti MMP-yə gəlmək istəyirlər: «Hələlik müzakirələr gedir. Danışıqlar apardığımız üçün bu barədə ətraflı məlumat vermək istəmirəm. Amma bir onu deyim ki, istefa verənlərin əksəriyyəti artıq ordakı sistemdən bezdiklərini deyirlər. Uzun illər İsa Qəmbərə dözənlər, artıq onun xələfi olan Arif Hacılının hərəkətlərinə dözmək istəmirlər. Qurultaydan sonra baş verənlər hamıya bəllidir. Normal düşüncəyə sahib olan adam Müsavat Partiyasında qalmaz. Ona görə də ard-arda istefalar baş verir. İstefa verənlərin əksəriyyəti də bizi seçiblər».

H.Hacıyev onu da bildirib ki, artıq istefa verən müsavatçıların bəziləri ilə görüşüb. «Görüşüb söhbətlər aparmışıq. Onlar Rəsulzadə ideyasının davam etdirilməsini istəyirlər. İndi hər kəs bilir ki, əsl müsavatçılıq ideologiyasının daşayıcısı bizim. Ona görə istefa verənlər MMP-yə pənah gətirərək bu ideyaları davam etdirmək istəyirik», - deyə MMP sədri fikrini tamamlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA