19-11-2014 [15:15]
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov parlamentdə davam edən büdcə müzakirələrində çıxış edib. Modern.az-ın məlumatəna görə, deputat 2015-ci ilin büdcə layihəsini tarazlı və reallığı əks etdirən sənəd adlandırıb.
İ.İsmayılov deyib ki, "Ukraynaətrafı hadisələr” ilin sonuna yaxın artıq dünya iqtisadi sisteminə, o cümlədən, ölkəmiz üçün önəmli olan dünya neft bazarlarına bilavasitə təsir etməyə başlayıb və bu təsirin azalacağı yox, artacağını güman etmək daha düzgün olardı.
"Nüfuzlu beynəlxalq təşkilatların sənədlərində, məsələn, Beynəlxalq Valyuta Fondunun iqtisadiyyatın yaxın perspektivləri (2014-2016-cı illər) ilə bağlı verdiyi proqnozlarda, Beynəlxalq Energetika Agentliyinin neft bazarında tələbin azalacağı ilə bağlı proqnozlarında, İrana qarşı sanksiyaların azaldılması, ABŞ-ın neft-qaz idxalından imtina edərək neft ixrac edən ölkəyə çevrilməsi, neftin qiymətinin azaldılması ilə bağlı ABŞ və Səudiyyə Ərəbistanı arasında sövdələşmənin əldə edilməsinə dair məlumatlarda neftin qiymətinin ən yaxşı halda 80 dollar səviyyəsində qalacağı ilə bağlı rəylər üstünlük təşkil edir. Zənnimcə, bu amili nəzərə alaraq, 2015-ci ilin büdcəsində biz bir barrel neftin orta illik qiymətini 90 yox, 80 dollar götürsək, gələn ilin ortalarında və sonlarında büdcənin cari gəlirləri ətrafında yeni müzakirələrin açılmasına, onların korrektə edilməsinə ehtiyac qalmaz”.
Deputat bildirib ki, dövlət büdcəsindən dotasiya ayrılan şəhər və rayonların sayı əvvəlki kimi qalı: "Buna bölgələrin təbii iqtisadi durumunun nəticəsi kimi yanaşsaq, yanılmarıq – istənilən ölkədə donor və dotasiyalı ərazi vahidləri mövcuddur. Lakin Azərbaycanın bir sıra dotasiyalı rayonları var ki, onların büdcəyə verdiyi pulla büdcədən aldığı vəsait arasındakı fərq o qədər də böyük deyil. 10-a yaxın rayonumuz, o cümlədən, Şəmkir, Tovuz, Samux, Oğuz, Qax rayonları üçün bu fərq 25-30 faizi aşmır, yəni, sadə dillə desək, onlar "özünü dolandırmaq” səviyyəsinə yaxındır. Mənə elə gəlir ki, dotasiyalı bölgə siyahısından çıxmağa namizəd olan rayonlara xüsusi diqqət yetirilməli, regionların iqtisadi inkişafı proqramı çərçivəsində burada əsas vergi mənbəyi olan emal sənayesi daha sürətlə inkişaf etdirilməlidir”.
İ.İsmayılov bildirib ki, qeyri-neft sektorunun inkişaf templəri nə hökuməti, nə ictimaiyyəti qane edir. 2015-ci ilin büdcəsində qeyri-neft sektorundan daxilolmalar ötən ilin proqnozu ilə müqayisədə 500 milyon manat və ya 8,1 faiz daha çoxdur.
"Bəs iqtisadiyyatımızın bu bölümünün real inkişafı üçün hökumət hansı rıçaqlardan istifadə edir, bu sahədə daha nələr etmək olar?
Hökumətin bu yöndə atdığı addımlara heç də kölgə salmaq fikrində deyiləm, amma mənə elə gəlir ki, fəal əhalimizin mütləq əksəriyyətinin çalışdığı qeyri-neft sektorunun inkişafı məsələsi tək hökumətin yox, parlamentin və ictimaiyyətin nəzarətində olmalı, onun uğulu həlli üçün bütün məhsuldar yeniliklərə müraciət olunmalıdır.
Bu fikrimi inkişaf etdirərək, 2015-ci ilin əvvəllərində, dövlət rəhbərliyi, deputatlar, biznes və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı problemləri və onların həlli yolları” adlı Ümümrespublika müşavirəsinin keçirilməsini təklif edirəm. Məncə, bu tədbirdə gurultulu hesabatlara yol vermədən, problemi kökünədək təhlil edərək, bu sektorda korrupsiya, inhisarçılıq, ikili mühasibat və kölgə iqtisadiyyatı kimi neqativ amillərin təsirinin azaldılması yollarını müzakirə etsək, müsbət nəticə əldə etmək olar”.
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM