"Xədicə İsmayılın şantaj xarakterli..." - AXCP sədrinin müavinindən sərt ittiham

img

19-11-2014 [13:51]


"Xədicə İsmayılın şantaj xarakterli yazılara üstünlük verməsini, məsələni araşdırmadan hansısa şəxslərin üzərinə getməsini düzgün saymıram. Onun dediklərinə etiraz edirəm, mənim şəxsiyyətimdə heç zaman ikiləşmə olmayıb".

Bunu "Report"a Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev jurnalist Xədicə İsmayılın ittihamlarına cavab verərkən deyib.

R.Nurullayev qeyd edib ki, X.İsmayılın dedikləri jurnalist yanaşması deyil, şəxsi motivlərdən qaynaqlanır: "Ona haqq vermirəm ki, barəmdə bu cür fikirlər səsləndirsin. Onunla münasibətim olmayıb, sadəcə, tədbirlərdə salamlaşmışıq. Xədicə xanımın mənə münasibəti həmişə mənfi olub. Onun qısqanclığının nədən qaynaqlandığı bəlli deyil".

Qeyd edək ki, X.İsmayıl R.Nurullayevi donorlarla bağlı səsləndirdiyi fikrə görə onu "hakimiyyətə işləməkdə" ittiham edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA