"Bu gün dinlərin öz daxilində müəyyən problemlər var" - Komitə sədri

img

19-11-2014 [13:16]


Azərbaycan dövləti demokratiya və vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi nailiyyətləri davam etdirməkdə qərarlıdır. Şura beynəlxalq əməkdaşlığa önəm verir və qarşılıqlı əməkdaşlığın önəmini bir daha vurğulamaq istəyir”. 

Trend-in məlumatına görə, bunu Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı şurasnın sədri Azay Quliyev deyib.

A.Quliyev deyib ki, konfransın keçirilməsinin iki məqsədi var. İlk məqsəd Azərbaycanın beynəlxalq aləmdə QHT-lərlə əməkdaşlığının qiymətləndirilməsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxışında deyib ki, dini radikalizmə qarşı mübarizə məqsədilə qeyri-hökumət təşkilatları ilə bir sıra məsələlər ətrafında birgə müzakirə aparmağımız əhəmiyyətlidir: "Bu baxımdan Dini Komitə ilə QHT Şurası birgə layihələr üzərində işləmək niyyətindədir”.

M.Qurbanlı deyib ki, QHT-lər ictimai şüura təsir edə bilir: "Biz ölkə daxilində dini radikalizmin baş qaldırması ilə bağlı müxtəlif cərəyanların təhlil edilməsi, o cümlədən regionlarda dinlərarası və dindaxili dialoqu təşkil edə bilərik. Dindaxili ona görə deyirik ki, bu gün dinlərin öz daxilində də müəyyən problemlər var. Bütün bunlar ətrafında müzakirələr aparılması üçün qeyri-hökumət təşkilatları ilə razılığa gəlmişik. Bununla bağlı biz QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə Memorandum imzalamaq niyyətindəyik və hazırda bunun üzərində iş gedir”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA