Zakir Həsənov pakistanlı nazirlə bir arada! - FOTOLAR

img

19-11-2014 [12:49]


Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Rəşad Mahmud və bu ölkənin Müdafiə naziri cənab Xavaca Məhəmməd Asif ilə görüşlər keçirib.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşlərdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. 

Noyabrın 19-da Müdafiə naziri general-polkovnik Z.Həsənovla Pakistan İslam Respublikasının Prezidenti cənab Məmnun Husseyn arasında görüşün keçirilməsi gözlənilir.

Səfər noyabrın 19-da sona çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA