QHT rəhbərləri bəyanat verdi, Şahmar Mövsümovla görüş aydınlaşdı

img

19-11-2014 [11:48]


İctimai Birliklərin "Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) Koalisiya Şurasının bir qrup üzvü açıqlama yayaraq, son günlər bu sektora dair gedən söz-söhbətlərə öz mövqelərini bildiriblər. 

QHT rəhbərlərinin yaydığı açıqlamanı təqdim edirik:

"Son aylar Azərbaycanda vətəndaş cəmiyyətinə  yaradılmış problemlər İctimai Birliklərin  Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının fəaliyyətinə də mənfi təsir göstrəmişdir. Koalisiya Şurası 31 oktyabr 2014-cü il tarixli iclasında mövcud vəziyyəti, Beynəlxalq MHŞT Katibliyinin Azərbaycanla bağlı qərarını və MHŞT üzrə Hökumət Komissiyasının rəhbərinin mətbuata açıqlamasını müzakirə etmiş və yaranmış vəziyyətlə bağlı müzakirələr aparmaq üçün MSŞT üzrə Hökümət Komisiyasının və ÇQ-nin  sədri Şahmar Mövsümovla görüşmək barədə qərar qəbul etmişdir. 11 noyabr 2014-cü ildə  təşkil olunan görüşdə Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının Şura üzvləri  Azər Mehtiyev, Sevil Allahverdiyeva, Xalid Vahidoğlu, Taleh Əliyev, Zaur Əkbər və Qubad İbadoğlu iştirak edib. Görüşdə yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunub. Müzakirələr zamanı belə bir təklif olub ki, Koalisiyanın maliyyə fəaliyyətinə maneələrin aradan qaldırılması üçün Koalisiya Şurası tərəfindən idarə ediləcək və sırf Koalisiyaya maliyyə operatorluğu funksiyasını həyata keçirəcək, başqa heç bir fəaliyyətlə məşğul olmayacaq bir QHT  yaradılsın. Bununla bağlı məsələ  Ümumi Yığıncaqlararası dövrdə Koalisiyanın idarə edilməsi səlahiyyətinə malik olan Şuranın 14 noyabr 2014-cü il tarixli iclasında bu məsələ geniş müzakirə olunub, müxtəlif variantlar səsləndirilib. Səsvermə nəticəsində təsisçiləri sayının 3 nəfər Koalisiya üzvü olması təklifi qəbul edilib. Sonra təsisçilər barədə müzakirələr aparılıb və təsisçilər kimi Qubad İbadoğlu, Sevil  Allahverdiyeva və Əlməmməd Nuriyevin namizədliyi irəli sürülüb və bu namizədlər iclasda iştirak edən 8  Şura üzvü tərəfindən dəstəklənib. Bu barədə məlumat Koalisiyanın şəbəkəsində yayılandan sonra bəzi Koalisiya üzvləri  etirazlarını separat danışıqlar və gizli sövdələşmələr kimi təqdim ediblər. Şuranın qərarından narazılıq olduğu halda, mövcud qaydalara görə, bununla bağlı Koalisiyanın Monitorinq Qrupuna müraciət edilərək qərarın fəaliyyəti dayandırıla və MQ-nun rəyi ilə qərar ləğv edilə bilər. Şuranın qərarından narazı Koalisiya üzvləri bu prosedurdan yararlanmaq əvəzinə, Şuranın qərarı ilə bağlı qərəzli mövqelərini  sosial şəbəkələr vasitəsilə mediaya ötürüblər və bununla da ictimai rəydə çaşqınlıq yaradıblar. Bu müzakirələrin istiqamətini də  qərəzli şəkildə MSŞA  Koalisiyasının koordinatoru Qubad İbadoğlunun əleyhinə kampaniyaya çeviblər.  

MSŞA Koalisiyasının  məlum görüşdə iştirak etmiş Şura üzvləri olaraq bildirik ki, Şahmar Mövsümovla görüş Şuranın qərarı və müraciəti əsasında baş tutmuşdur, görüş barədə Şuranın bütün üzvləri  əvvəlcədən məlumatlandırılmışdır. 

Görüşdə Beynəlxalq Katibliyin Azərbaycanla bağlı qərarı, Koalsiyanın fəaliyyətində olan məhdudiyyətlərin aradan qaldırılması məsələləri müzakirələr edilmiş, hər-hansı separat danışıqlar və ya gizli sövdələşmələr aparılmamışdır. Koalisiya Şurasının məlum qərarı ilə bağlı mediada yer almış əsassız iddiaları qəti şəkildə pisləyir və bildiririk ki,  bu məsələdə MSŞA Koalisiyasının koordinatoru Qubad İbadoğlunun adının əlahiddə hallandırılması məhz ona qarşı  olan qərəzdən irəli gəlir. Bütün bunları nəzərə alaraq, məsələ ilə bağlı media qurumlarını obyektiv mövqe nümayiş etdirməyə, dəqiqləşdirilməmiş və əsaslandırılmamış iddialarla MSŞA  Koalisiyası Şurasının və onun  koordinatoru Qubad İbadoğlunun nüfuzuna xələl gətirən qara-piar  kampaniyasına  son qoymağa çağırırıq.

Eyni zamanda onu  bildiririk ki,  İctimai Birliklərin "Mədən sənayesində şəffaflığın artırılması” Koaliyası hazırda fəaliyyətini  misiyasına və  proqramına uyğun olaraq davam etdirir və onun  statusunu dəyişdirilməsi məsələ gündəlikdə olmayıb və ola da bilməz".

Açıqlamanı Koalisiya Şurasının aşağıdakı üzvləri imzalayıblar: 

1. Azər Mehtiyev
2. Taleh Əliyev,
3. Məlahət Mürşüdlü 
4. Sevil Allahverdiyeva,
5. Xalid  Vahidoğlu
6. Zaur Əkbər".

Xatırladaq ki, bir neçə gün əvvəl qeyd edilən görüşlə bağlı Müsavat başqanlığına keçmiş nazmizəd Qubad İbadoğlu həm bəzi saytlarda, həm də sosial şəbəkələrdə iqtidarla gizli əməkdaşlıqda ittiham olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA