Deputatdan şadlıq evlərinə vergi xəbərdarlığı

img

18-11-2014 [17:34]


"Vergidən yayınma arasında restoran, şadlıq evləri sahibləri və şou biznes nümayəndələri var”.

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Rafael Cəbrayılov deyib.

Millət vəkili bildirib ki, bu sahə son illər inkişaf etsə də kirayə ev verənlərin vergi verməsinin şahidi olmayıb.

Deputat qeyd edib ki, son illər kirayə verilən evlərlə bağlı məsələ çiçəklənmə dövrünü yaşayır.

Milli Məclis üzvü vurğulayıb ki, vergidən yayınma halları restoran, şadlıq evləri sahibləri və şou biznes nümayəndələri arasında da var:"Onların gəlirləri ilə ödədikləri vergi arasında fərq çox böyükdür”.

R.Cəbrayılov bildirib ki, artıq Azərbaycanda da vergidən yayınmaya son qoymağın vaxtı çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA