Həbsdən çıxan sabiq "Nida"çı işə düzəlib

img

17-11-2014 [14:55]


Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan "Nida”çı fəal Şahin Novruzlu işə düzəlib. 

Bunu "Media forum” saytına sabiq məhbusun anası Mehparə Novruzlu deyib.

Mehparə Novruzlu qeyd edib ki, oğlunun işləri yaxşıdır: "Şahin Odlar Yurdu Universitetində təhsilini davam etdirir. İşə də düzəlib. Hər şey normaldır. Səhhətində də heç bir problem yoxdur”.

19 yaşlı Şahin Novruzlu 2013-cü ilin yazında 7 "Nida”çı gənclə tutulmuş və 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Tutulan vaxt hüquq mühafizə orqanları Şahin Novruzlunun yaşadığı evdə apardıqları axtarış zamanı 94 min manat məbləğində pul vəsaitini də götürmüşdülər. Ailəsi bu pulun biznes qurmaq məqsədilə borc alındığını bildirsə də, vəsait geri qaytarılmayıb.

Noyabrın 17-də "Media forum” saytına danışan Mehparə Novruzlu puldan hələ heç bir xəbər olmadığını deyib.

Şahin Novruzlu əfv sərəncamı ilə azadlığa çıxmazdan bir neçə gün qabaq – oktyabrın 14-də onun 53 yaşlı atası İbrahim Novruzlu ürək tutmasından vəfat edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA