Tofiq Yaqublunun vəziyyəti ağırlaşıb

img

15-11-2014 [22:48]


"Bu gün ata zəng etmişdi. Hər kəsə salamı var. Sağlamlığında ciddi problemlər var və çox narahatam”.

Mia.az musavat.com-a istinadən xəbər verir ki, bunu Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu şəxsi facebook səhifəsində yazıb.

Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun səhhəti ağırlaşıb. Nigar xanım əlavə edib ki, uzun müddət həbsdə olması atasının səhhətinə əks təsirlər göstərir.

T.Yaqublunun səhhətində yaranmış problemlərlə bağlı partiyanın digər başqan müavini Elman Fəttah da məlumat verib. Onun Azadlıq Radiosuna dediyinə görə, noyabrın 15-də ailə üzvləri Tofiq Yaqublu ilə telefonla danışıblar: "Tofiq bəy asma xəstəliyindən əziyyət çəkir. Ailə üzvləri ilə də çətinliklə danışırmış. Nəfəs almaqda çətinlik çəkirmiş. Dərman alıb gətirmələrini istəyib. Ailə üzvləri dərmanları alıb, təcili ona çatdıracaqlar. Tofiq bəyin saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsi bu cür xəstələr üçün təhlükəlidir. Həmin müəssisə daş karxanalarının əhatəsində yerləşdiyindən həmişə toz olur. Toz isə asma xəstəliyinin ağırlaşmasında əsas rol oynayır”.

Xatırladaq ki, Qarabağ müharibəsinin veteranı olan T.Yaqublu ötən ilin yanvarında İsmayıllı hadisələrinə görə saxlanıb. Mart ayında Şəki Ağır Cinayətlər Məhkəməsi ona 5 il cəza kəsib. Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA