“Görməmiş vəzifəyə təyin olunursa..." - Sabiq deputat

img

31-10-2014 [15:12]


"Görməmiş, çoban, "ot tayası”ndan düşən, əvvəli "prorav” işləyən vəzifəyə təyin olunursa, təbii ki, o, özünü idarə edə bilməyəcək”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, iqtisadçı-alim Nazim Məmmədov söyləyib.

Xatırladaq ki, Bakının mərkəzində 5 mərtəbəli yaşayış binasının həyətində lift üçün şaxta tikilir. Bu lift binanın 5-ci mərtəbəsindəki mənzili yenicə alan naməlum zəngin tərəfindən qoyulur.

Virtualaz.org saytı xəbər verir ki, bina sakinlərinin narazılığına, görənlərin isə təəccübünə səbəb olan bu hadisə Üzeyir Hacıbəyli küçəsi, bina 59a ünvanında (Mərkəzi Poçtla üzbəüz) baş verib. Yeni mənzil alan şəxs 5-ci mərtəbəyə qalxmaq üçün binanın böyründə özünə xüsusi lift tikdirir.

Sabiq millət vəkili Nazim Məmmədov bu hadisədən təəccüblənmir: "Burada qeyri-adi nə var ki? Adam öz qabiliyyəti ilə önə çıxmırsa, özü üçün lift də tikəcək, metro da. Görünür ömrü boyu vəzifə həsrətində olub, heç ağlına gətirməyib ki, nə vaxtsa vəzifəyə təyin oluna bilər. İndi öz dilində desək, naxışı gətirib, zəngin adama çevrilib. Özünü təsdiq etmək üçün yollar arayır. Mümkündür ki, metro da tikdirsin, təyyarə də alsın. İstəyiriksə, belə şeylər olmasın, o zaman buna açıq şəkildə etiraz etməliyik. Regionçuluğa, təsadüfi təyinatlara qarşı olmalıyıq. Qarşı deyiliksə, buna etiraz da etməməliyik. Bunun kökündə düzgün olmayan kadr siyasəti dayanır. Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev də bunu elan etdi. Biz, o cümlədən dövlət rəhbərliyi çalışmalıdır ki, bu cür təsadüfi adamların vəzifəyə gəlməsinə imkan verməsin”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA