30-10-2014 [10:01]
Yayılan məlumatla bağlı "Yeni Müsavat” ADP sədri Sərdar Cəlaloğlu ilə danışıb. S. Cəlaloğlu xəbəri təkzib edərək dedi ki, Ümid Partiyası ilə ADP arasında heç bir fikir ayrılığı, ixtilaf yoxdur, müttəfiqlik davam edir. Onun sözlərinə görə, sadəcə olaraq, bələdiyyə seçkilərində Ümid Partiyası ilə birlikdə iştirak edə bilmirlər: "Görünür, kimlərsə, bunu ADP ilə Ümidin arasında fikir ayrılığının olması, müttəfiqliyin pozulması kimi başa düşüb. Ümid Partiyası ilə ADP-nin seçkidə birlikdə iştirak edə bilməməsi hansısa fikir ayrılığı ilə bağlı deyil. Yeganə səbəb partiyalarımızın maddi-texniki imkanlarının bərabər olmamasıdır. Seçkidə iştirak etmək üçün xeyli vəsait lazımdır. ADP-nin kifayət qədər maddi imkanı yoxdur. Ümid Partiyasının isə ADP-yə nisbətən maddi imkanı var. Ümid Partiyası hökumət tərəfindən maliyyələşir. ADP isə hökumətdən maliyyələşmir. Parlament təmsilçiliyi olduğu üçün Ümid Partiyası dövlət büdcəsindən vəsait alır. Seçkidə blok şəklində iştirak edəriksə, hər partiya vəsait xərcləməlidir. Biz isə maddi imkansızlıq ucbatından həmin vəsaiti verə bilmirik. Ona görə də seçkidə birlikdə iştirak edə bilmirik və Ümid Partiyasını tək buraxmağa məcburuq”.
ADP sədri qeyd etdi ki, müttəfiqi də bunu yaxşı başa düşür: "İqbal Ağazadə ilə bu barədə danışmışam, seçkilərdə partiya kimi iştirak edə bilməməyimizin səbəblərini demişəm. Məhz maddi imkansızlıqdan ADP seçkiyə partiya şəklində gedə bilmir. Üzvlərimiz fərdi şəkildə seçkiyə qatılacaqlar. Bizim Ümid Partiyası ilə bütün fikirlərimiz üst-üstə düşür. Biz Ümid Partiyası ilə birlikdə daha ciddi birliklərin yaradılması istiqamətində düşünürük. Bələdiyyə seçkilərində iştirakın vacibliyində, ölkədə seçkilərin demokratik prosedurlar kimi qorunmasının vacibliyində, Müsavat Partiyası ilə əməkdaşlıqda bizim bütün fikirlərimiz üst-üstə düşür”.
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyadda bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (Təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı