Camaat icra başçısına görə "ayaqlandı"

img

29-10-2014 [10:48]


Səhər yerli vaxtla 9-dan etibarən Dərbənd azərbaycanlıları rayon icra hakimiyyətinin binası önünə toplaşmağa başlayıblar. 

Bu barədə Axar.az-a Dərbənddəki mənbələrdən məlumat daxil olub. Məlumata görə, rayon admistrasiyasının qarşısına polis və OMON qüvvələri yeridilib. OMON hələ ki, avtobuslarda oturub, müdaxilə etmir. Rayon polisi də baş verənlərə biganədir. Amma kənar rayonlardan gətirilmiş polislər adamları adminstrasiyaya yaxın buraxmaq istəmirlər.

Dərbənd azərbaycanlılarının sabiq icra başçısı Qurban Qurbanova və azərbaycanlılara qarşı baş verənlərdən narazıdırlar.

Dünən gecədən qanunsuz yerə işdən çıxarılan və ev dustağı edilən Qurbanovun evi mühasirəyə alınıb. Dağıstan Prezident Administrasiyası rəhbərinin Dərbəndə səfərlə Q.Qurbanovun müavinlərindən də zorla istefa ərizəsi almaq istədiyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA