Azərbaycanlı tələbələr Tiflisdə aksiya keçirdi - VİDEO

img

28-10-2014 [20:26]


Gürcüstanda məscidə donuz başının asılmasının ardınca, ötən həftə başqa bir məscidin yerində kitabxana açılması qərarı ilə barışmayan müsəlman icmasının etirazı davam edir. Bu dəfə azərbaycanlılar etirazlarını bildiriblər. Onlar bunun üçün qeyri-adi forma da tapıblar.

ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın paytaxtı Tiflisdə bir qrup azərbaycanlı tələbə etiraz aksiyası keçirdi. Son zamanlarda məscidlərə qarşı yönəlmiş aqressiyaya etiraz edən Gürcüstan-Azərbaycan Tələbələr Assosiasiyasının üzvləri baş nazirliyin binası qarşısında namaz qıldılar.

Polisin kənardan izlədiyi aksiya insidentsiz başa çatdı. Qrup üzvlərinin sözlərinə görə, ölkədə müsəlmanların ibadət yerlərinə qarşı reallaşan xoşagəlməz hallar aradan qaldırılanadək bu cür aksiyaları davam etdirəcəklər.

Aksiya iştirakçısı Ceyhun Narzalovun sözlərinə görə, onların əsas niyyəti birlik nümayiş etdirməkdir: "İstər kilsə olsun, istərsə də məscid. Hər hansı bir ibadətgah yerlərinə qarşı olan tənqid və təhqir bizim üçün qəbuledilməzdir. Baş nazirliyin binasının qarşısına yığılmaqda da məqsədimiz o idi ki, biz birliyimizi göstərək”.

Son bir ayda Gürcüstanda yaşayan müsəlmanlarla xristianlar arsında bir neçə insident yaşanıb. Kobuleti ərazisində dini dərslərin keçirilməsinə etiraz olaraq məscidin qapısına donuz başı asan yerli xritsan əhali bir neçə gün kütləvi aksiyalar təşkil etmişdi. Həmçinin bir neçə gün öncə Adıgeni rayonunda məscidin sökülməsi də Gürcüstanda yaşayan müsəlmanların ciddi narazılığı ilə qarşılanıb. Etiraz edən 14 Ahıska türkü saxlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA