Hacı Qalibdən gözlənilməz açıqlama: "Kadrlar var, amma işləməyə qoymurlar"

img

28-10-2014 [15:01]


Millət vəkili Qalib Salahzadə Milli Məclisdə "Bələdiyyələrinstatusu” haqqında qanun layihəsinin müzakirəsi zamanı tənqidi fikirlər səsləndirib.

Deputat qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının bələdiyyənin statusunu ləğv etmək səlahiyyəti yoxdur: "Ümumiyyətlə, nə qədər ki icra hakimiyyətləri bələdiyyələrə nəzarət edir, onların inkişafından söz gedə bilməz. Hazırda bələdiyyə seçkiləri yaxınlaşır. Bu saat mən bilirəm ki, Sabunçu rayonunda bələdiyyələr artıq seçilib, hamı bilir ki, kim sədr olacaq.

Sonra da deyirlər ki, kadr yoxdu. Kadrlar var, amma işləməyə qoymurlar. Mən bir az cürətli danşdım, amma düz danışdım”.

Qeyd edək ki, bir müddət əvvəl də 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Qalib Salahzadə rayon icra hakimiyyətini Bilgəhə təyin etdiyi icra nümayəndəsinə görə tənqid etmişdi. Deputat sonradan dediyi fikirkərə görə haqlı olmadığını, icra başçısının doğru seçim etdiyini vurğulamışdı(Qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA