Azərbaycanlı girovlar Ermənistan məhkəməsində - VİDEO

img

27-10-2014 [13:36]


İşğal altındakı Kəlbəcər rayonunda ermənilərin girov götürdüyü azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovun məhkəməsi başlayıb. 

 "Qafqazinfo” xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, girovlar "günah”larını qismən boyunlarına alıblar. 

Girovların rus dilini pis bilmələrinin məhkəmədə problemlər yaratdığı qeyd olunub. Bundan başqa, onların müdafiəsinin erməni vəkillərə həvalə olunduğunu bildirilib. 

İlk prosesdə azərbaycanlıların şəxsiyyətləri, ailə vəziyyətləri dəqiqləşdirilib, Əsgərovun əvvəllər 15 sutka, Quliyevin isə 6 il həbs yatdığı və daha sonra bəraət aldığı qeyd edilib. 

Erməni mətbuatının yazdığına görə, girovlarımız onlara qarşı irəli sürülən ittihamları qismən etiraf ediblər. D.Əsgərov bildirib ki, 2005-ci ildə Ş.Quliyevlə birgə və 2007-də isə iki dəfə -birincidə Raffi adlı biri, ikincidə isə qəbri ziyarət etmək üçün Azərbaycan sərhədini keçməsi ilə bağlı ittihamları qəbul etməyib. Lakin 2014-də Ş.Quliyev və Həsən Həsənovla sərhədi keçməsini təsdiqləyib. Əsgərov cəsusluq etməsi və erməni yeniyetməni öldürməsi ittihamları ilə razılaşmayıb. Bununla yanaşı, qanunsuz silah daşıma, pul, sənəd və mal-qara oğurluğunu qəbul edib. 

Şahbaz Quliyev isə bildirib ki, 2005-də sərhədlə bağlı heç nə bilməyib. 2014-də isə sərhədi keçib: "Dilqəm dedi ki, heç nə yoxdur, biz də inandıq”. 

Erməni KİV-i yazır ki, Quliyev silahların ona sərhəddə verildiyini deyib. Erməni yeniyetməni qaçırmalarına gəlincə Quliyev "uşağa çörək yedizdirmişəm” -deyib.

Modern.az xəbər verir ki, Ermənistan mətbuatı məhkəmədən ilk videolent yayıblar. Həmin videonu təqdim edirik.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA