"Əgər bu kürsüdə oturmasaydım..." - İTV rəhbəri deputata cavab verdi

img

26-10-2014 [18:18]


Millət vəkili Etibar Hüseynovun İTV-nin hava proqnozu buraxılışı ilə bağlı tənqid yazdığını xəbər vermişdik. Deputata öz "Facebook” səhifəsində İTV-ni beynəlxalq hava məlumatlarının təqdimi zamanı köhnə və yanlış məlumatları çatdırmaqda ittiham edirdi.

"Ucnoqta.az”-ın əməkdaşı məsələyə münasibətini öyrənmək üçün İTV-nin baş direktoru Cəmil Quliyevlə əlaqə saxlayıb. Televiziya rəhbərinin iradlara cavabı belə olub:

"Mən İctimai Televiziyanın rəhbəriyəm. Mənim danışığım İctimai telviziyanın mövqeyidir. Hər hansı bir millət vəkili öz fikirlərini və iradlarını bildirə bilər. Biz iradlara açığıq, amma iradlar da real olmalıdır. Mən Etibar Hüseynovun telekanalımızın hava buraxılışı ilə bağlı dediklərini qəbul etmirəm. Bu necə real olmaya bilər ki, həmin məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna və digər mənbələrə istinadən veririlir. Ona görə, televiziyanı tənqid edən millət vəkili iradlarını bildirərkən fikirləşməlidir.

Qaldı ki Etibar Hüseynovun ictimai nüfuzuna, mən əgər bu kürsüdə oturmasaydım, o zaman onun nüfuzu haqda fikir bildirərdim. Bir daha deyirəm, mənim mövqeyim İctimai Televiziyanın mövqeyidir, İctimai Televiziya isə qərəzli mövqe bildirə bilməz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA