Müsavatda yeni başqan müavinləri - SİYAHI

img

25-10-2014 [21:02]


Müsavat Partiyasının Məclisinin növbəti iclası keçirilib.

İclasda Məclisin boş qalan yerlərə və Divan üzvlüyünə seçkilər keçirilib. Divan üzvlüyünə 10 nəfər, Məclis üzvlüyünə isə yalnız başqan müavini Gülağa Aslanlı seçilib. Toplantıda eyni zamanda Səxavət Soltanlı, Osman Kazımov, Gülağa Aslanlı, Nüşabə Sadıqlı və Elman Fəttah Müsavat başqanının Arif Hacılının müavinləri təyin edilib. 

Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, Məclis üzvlüyünə 32 yer boş qalıb. Boş qalan yerlər Divanın iclasında müzakirə ediləcək. 

Qeyd edək ki, bu gün keçirilən toplantıda Məclisə qatılmayanlar barəsində tədbir görülməsi barədə fikirlər səsləndirilib.

Xatırladaq ki, bundan əvvəl Arif Hacılı hazırda həbsdə olan Tofiq Yaqublu, Yadigar Sadıqlı və Fərəc Kərimlini özünə müavin təyib edib(APA).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA