"Necə ola bilər ki, bu mükafata Leyla Yunus namizəd göstərilib?" - Rufiz Qonaqov

img

23-10-2014 [15:52]


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov hazırda həbsdə olan QHT rəhbəri Leyla Yunus haqfa maraqlı açıqlama verib.

Mia.az xəbər verir ki, Mərkəz rəhbəri L.Yunusun bu mükafata namizəd göstəilməsini də qeyri-məqbul sayıb: "Bilirsiniz ki, bunlar, yəni Leyla Yunus kimilər sülh və demokratiya, insan hüquqları adı altında müxtəlif formada öz xalqlarına qarşı fəaliyyətlərlə məşğul olurlar. Necə ola bilər ki, bu mükafata Leyla Yunus kimi bir adam namizəd göstərilib? 
Çox təəssüfləndirici haldır ki, məhz azad düşüncə adı altında Leyla Yunus kimi insanları öz xüsusu xidmət orqanlarına cəlb edib, sonra da onları mükafatlarla şirnikləndirirlər”.

 Onu da qeyd edək ki, Andrey Saxarov adına "Azad düşüncə mükafatı”na builki namizədlər arasında L.Yunus və D.Mukveqlə yanaşı, Ukraynanın "Avromaydan” hərəkatı da vardı. D.Mukveq, L.Yunus və "Avromaydan” hərəkatı oktyabrın 7-də Brüsseldə keçirilən səsvermədə Avropa Parlamentinin bu mükafatına son namizədlər elan olunmuşdular. 1988-ci ildən bəri insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilən mükafatın dəyəri 50 min avrodur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA