"Qərbmeyillilər himayədarları kimi vicdansızdır"

img

23-10-2014 [15:20]


Dövlətin bugünkü "Qonşu ölkələrlə münasibətlərin gücləndirilməsi” siyasətinin prioritet məsələ olması bəzilərini narahat etməyə başlayıb.

Bu narahatçılıq, əsasən, Qərbmeyilli (ABŞ meyilli, çünki AB-da onun təsirindədir, zahirdə belə görsənir, amma tarixi gedişat tam məntiqi əks göstərir) toplumda ardı-arası kəsilməyən təsirsiz, müxtəlif statuslardan müşahidə olunur. Fikir müxtəlifliyi normal haldır, əgər fikir sağlamdırsa. Amerika, Avropa iqtidarı tərəfindən işğal olunub desəm, yanılmaram. Özü də Kolumbun xatirələrinə əsasən, oraya canilər göndəriliblər. Bu canilər də o zamankı iqtidarından görmüş tərbiyəni onları hörmətlə qarşılayan yerli insanları qul, şikəst edərək, öldürərək göstərdilər. Bu haqda "Avropa adlı cəhənnəm” yazım var. ABŞ və ona dəstək verən Avropalı müttəfiqlərin koloniyalarında, II Dünya müharibəsində etdiyi vəhşiliklər, əsasən bu günə kimi heç bir dövlətin müharibə zamanı cürət etmədiyini kapitulyasiyaya hazırlaşan Yaponiyaya edərək Herosima və Naqasakiyə insanlar üzərində təcrübə xarakterli ilk atom bombasını atmaqları, Vyetnamda, Əfqanıstanda, İraqda, Liviyada, Suriyada, Ukraynada və digər yerlərdə dağıdıcı, məhvedici, genosid o zamankı siyasətin deyil, üsulların dəyişdiyini göstərir. Amma artıq müqavimətlə rastlaşan "vahidqütblü dünyanın” nümayəndələri onların siyasət və planlarının getdikcə fiaskoya uğradıqlarını görürlər. Bir sözlə, çox narahatdırlar və vicdansızlıqla özlərinin məsumluluğunu sübut etməyə çalışırlar.

Mənə təəccüblü gələn bizdəkilərin onları müdafiə etməsidir.Ya bu Qərbmeyillilərin məlumatı yoxdur, ya da ki, məlumatı var, himayədarları kimi vicdanı yoxdur. Axı bu nəyə lazım?! Bizim dədə-babalarımız, şəhidlərimiz azad olmağımız üçün çalışaraq özlərini həqiqi azadlıq atəşində fəda ediblər. İqtidarı qınamaq olar sosial ədalətsizlikdə, onlar hələ ki fikrə təsir edə bilmirlər ki.

Sözlərimi mərhum M.Rəsulzadənin sözləri ilə tamamlayıram:


"Bizə nə Qərbin demokratiyası, nə də ki Rusiyanın sosializmi lazımdır. Bizim milli-mənəvi dəyərlərimiz dövlətçiliyimizin möhkəmlənməsinə kifayət edir”.

Bəhruz Salmanov

Birlik.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA