Arda Turan: "Bu, ağır və acı təcrübə oldu" - "Həyatımda heç vaxt təslim olmamışam"

Arda Turan: \"Bu, ağır və acı təcrübə oldu\" - \"Həyatımda heç vaxt təslim olmamışam\"

İDMAN

Bugün, 09:26

Ötən gecə "Fənərbağça"ya UEFA Çempionlar Liqası çərçivəsində keçirilən matçda 1-0 məğlub olan "Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turan oyundan sonra açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ukraynadakı müharibəyə görə İngiltərənin paytaxtı Londonda oynanılan oyundan sonra jurnalistlərin qarşısına çıxan Arda məğlubiyyətin onlar üçün ağır və acı bir təcrübə olduğunu söyləyib.

İstanbul komandasının onlardan daha yaxşı oyunadığını etifa edən Turan bildirib ki, düzgün seçimləri etməkdə gecikiblər: "Gənc və perspektivli heyətə sahibik. Bəzən gənc komandalarda belə problemlər olur. Bu, ağır  vəa cı təcrübə idi. Bu məğlubiyyətdən çıxarmalı olduğumuz dərslər var, bunun fərqindəyik. Daha yaxşısını necə edə biləcəyimiz üzərində işləyəcəyik. Həyatımda heç vaxt təslim olmamışam. Təslim olmayacağıq, hələ də şansımız var. 5-6 xal bizi yenidən mübarizəyə qaytaracaq. Əlimizdən gələni etməyə çalışacağıq".

O rəqib komandanlı da təbrik edib: ""Fənərbaxça" Çempionlar Liqası səviyyəsində liqadan daha yaxşı oynayır və bunu yeni məşqçiləri ilə bir daha göstərdilər. Onları təbrik edirəm"

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR