Səudiyyə Ərəbistanında neft zavoduna hücum olub

Səudiyyə Ərəbistanında neft zavoduna hücum olub

DÜNYA

Bugün, 14:48

Səudiyyə Ərəbistanıda Ciddə limanı və Qırmızı dəniz sahilindəki Saudi Aramco şirkətinə məxsus Ras Tanura neft emalı zavoduna bu gün hücum olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya məlumat yayıb.

Qeyd edilib ki, Ras Tanura bölgəsindəki zavoda hücumda istifadə olunan dronlardan 4-ü havada vurulub.

Bununla zavoda zərər dəyib, xəsarət alan yoxdur. 

Xatırladaq ki, bu zaodun gündəlik emal gücü 550.000 bareldir və Səudiyyə Ərəbistanının xam neft ixracının demək olar ki, hamısı Ras Tanura və Yanbu limanları vasitəsilə həyata keçirilir.

Husilərin hərbi sözçüsü Yəhya Seri isə bildirib ki,  bu hücumlar Səudiyyəninin Hudeydah limanına hücumlara cavab xarakteri daşıyır.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR