TV-yə müsahibə verən türk kriminallar diz üstə çökdürüldü və o vəziyyətdə veriliş izlədildi - FOTOLAR

TV-yə müsahibə verən türk kriminallar diz üstə çökdürüldü və o vəziyyətdə veriliş izlədildi - FOTOLAR

KRİMİNAL

Bugün, 13:59

Almaniyanın ZDF ictimai televeziyasına müsahibə verən və Türkiyədə "Dalton" kriminal dəstəsi kimi tanınan dəstə üzvlərinin "şousu"  uzun çəkməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Dalton"ların bir maşının işərisində alman jurnalistə müsahibəsi yayımlanan kimi İstanbulda müsahibədə yer alan 9 nəfərə qarşı operativ əməliyyat həyata keçirilib.

Məlumata görə, İstanbul polisinin əməliyyatı ilə 65 dəqiqəlik sənədli filmdə yer alan kriminalların hamısı qandallanıb.

Əməliyyatın maraqlı tərəfi isə odur ki, qandallanan kriminalların hamısı polis idarəsində diz üstə çökdürüblər, onlara  Almaniyanın İctimai  TV-yə verdikləri açıqlamaları saatlarla o vəziyyətdə izlədiblər.

İstanbul Polis İdarəsindən bildirilib ki, heç bir cinayətin və heç bir cinayətkarın cəzasız qalmaması üçün mübarizə qətiyyətlə davam edəcək.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR