Çaqqallar şəhərə doluşub - Əhalidə qorxu artıb (FOTO)

Çaqqallar şəhərə doluşub - Əhalidə qorxu artıb (FOTO)

DÜNYA

Bugün, 10:32

İsrailin paytaxtı Tel-Əvivin mərkəzi küçələrini çaqqal sürüsü "işğal" edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq yaşayış massivlərində gündüzlər də çaqqal sürüləri görünməyə başlayıb.

Məlumata görə, sürü halında şəhərdə rahat dolaşan çaqqalllar vətəndaşları təşvişə salıb: "Əhali bunların azyaşlı və yaşlı insanlara hücumu və quduzluq hallarının artma ehtimalından çox narahatdır".

Tel-Əviv bələdiyyəsindən bildirilib ki, xoşagəlməz vəziyyətlə bağlı səlahiyyətli orqanlar artıq fəaliyyətə başlayıb: "Proflaktik tədbirlər görüləcək".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR