"Bu xətanı qətiyyən etmə, yoxsa bitərsən..." - Əmrə Morun qardaşı Ara Gülərə elə məsləhət verdi ki...

\"Bu xətanı qətiyyən etmə, yoxsa bitərsən...\" - Əmrə Morun  qardaşı Ara Gülərə elə məsləhət verdi ki...

İDMAN

Bugün, 09:25

Hollandiyanın "NEC Nijmegen" komandasının yollarını ayırdığı türk futbolçu Əmrə Morun 29 yaşında klubsuz qalmasına qardaşı Hüseyn Mor maraqlı şərh verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hüseyn Mor qardaşını Türkiyə super liqasından bitirildiyini iddia edib.

O daha sonra hazırda "Real" oynayan Arda Gülərə də məsləhət verib: "Qardaşımın karyerasının Türkiyədə oynadığı anda bitəcəyini bilirdim. Ona "Türkiyədə oynama" dedim, amma o, qulaq asmadı. Əmrəni bitirən komanda "Fənərbaxça" oldu, bu komandaya gələn gündən karyerasında eniş başladı. Və sonra sağlamlıq problemləri başladı. Ona görə "Real Madrid"də oynayan  Arda Gülərə qardaş kimi məsləhət verirəm: əgər səhv edib Türkiyə Liqasına qayıtsan, karyeranı burada bitərəcəklər".

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR