NATO təhlükələri sadaladı: "Türkiyə həm cənub cinahında, həm də Asiya ilə münasibətlərdə mühüm rol oynayır" - "Lakin sizə burada hər şeyi aça, deyə bilmərəm"

NATO təhlükələri sadaladı: \"Türkiyə həm cənub cinahında, həm də Asiya ilə münasibətlərdə mühüm rol oynayır\" - \"Lakin sizə burada hər şeyi aça, deyə bilmərəm\"

GÜNDƏM

Bugün, 00:07

"Coğrafi mövqeyinə görə Türkiyə Alyansın ən şərq cinahında yerləşir. Bu, bizi Asiya ölkələri ilə birləşdirən vacib bir körpü rolunu oynayır. Buna görə də, Türkiyə həm cənub cinahında, həm də Asiya ilə münasibətlərində mühüm rol oynayır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Mark Rutte Berlində keçirilən NATO Parlament Assambleyasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Qara dənizdə Rusiyanın ticarət gəmilərinə artan hücumu vəziyyəti gərginləşdirib: "NATO bu məsələlərlə bağlı Rumıniya, Bolqarıstan və Türkiyə ilə birlikdə çalışır. Şübhəsiz ki, Türkiyə orada da çox müsbət rol oynayır, NATO Rumıniya və Bolqarıstana lazımi dəstəyi verməyə davam edəcək. Əslində,  NATO-nun bütün fəaliyyəti vahid və mobil qüvvəni bir araya gətirməyə planıdır. Buraya yalnız ordular, yəni ənənəvi quru qüvvələri deyil, həm də dəniz və hava elementləri daxildir. Buna görə də, bütün quru, dəniz və hava qüvvələri burada birlikdə fəaliyyət göstərir. Bu məsələ NATO-nun Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR) Aleksus Qrinkeviçin əsas vəzifəsidir. Sizi əmin edə bilərəm ki, general Qrinkeviç Türkiyə ilə birlikdə bu təhlükəyə qarşı durmaq üçün müdafiə qüvvələri komandirləri və müdafiə nazirləri ilə çox sıx əməkdaşlıq edir. Lakin sizə burada hər şeyi aça, deyə bilmərəm".

Alyansın Rusiyadan qaynaqlanan ciddi təhlükələrlə üzləşdiyini də etiraf edən Rutte bildirib ki, rəsmi Moskvanın İran, Çin və Şimali Koreya ilə sıx əməkdaşlığı bu təhlükəni bir qədər də böyüdür: "Bilirik ki, Rusiyanın hərbi maşını hazırda tam gücü ilə işləyir. Müharibə iqtisadiyyatı böyüməyə davam edir və bu maşın Ukrayna ilə dayanmayacaq. Biz bunu da, Çində hərbi səfərbərlik və texnoloji isürət və planlarını da yaxından izləməkdəyik. İrana gəldikdə, hələ də Yaxın Şərqdə  təhdiddir. Şimali Koreya nüvə proqramını inkişaf etdirir, Ukraynaya qarşı müharibəsində Rusiyanı açıq və fəal şəkildə dəstəkləyir və qeyd edir ki, bunun sübutları demək olar ki, hər gün görünür. Bütün bunlardan çıxarılacaq nəticə budur: Hamımız hədəfdəyik və hamımız bu proseslərin təsirinə məruz qalırıq. Bəli, təhdid realdır, lakin NATO güclü mövqedədir".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR