445 min manatlıq mübahisəli iş - Axtarışda olan Zinyət Səfərova Türkiyədə tutulub

445 min manatlıq mübahisəli iş - Axtarışda olan Zinyət Səfərova Türkiyədə tutulub

KRİMİNAL

Bugün, 21:39

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyədə müəyyən edilən daha bir şəxsin noyabrın 19-da Bakıya ekstradisiyası həyata keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyin məlumat yayıb.

Bildirlib ki, 2019-cu ildə "RX.SƏRDAROĞULLARI HOLDİNQ" MMC-nin direktoru vəzifəsində işləyərkən və eyni zamanda faktiki olaraq baş mühasib vəzifəsini icra edərkən, ona etibar olunmuş özgə əmlakını mənimsəyərək talamaqla xeyli miqdarda, ümumilikdə 445.000 manat pul vəsaitini maliyyə əməliyyatları həyata keçirmək və əqdlər bağlamaqla cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 193-1.3.2-ci maddələri) ittiham olunan Azərbaycan vətəndaşı Səfərova Zinyət Məmmədrəsul qızının yeri Türkiyədə müəyyən olunub və o, həbs edilib.

Nazirliyin sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Səfərova Zinyət Məmmədrəsul qızı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyədən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR