PUTİN ÇİNDƏN ELƏ MESAJLAR VERDİ Kİ...  - "Avropa 90-cı illərin təhlükəsizlik nizamı ilə bağlı  şərtləri gözləməsin, bu, daha məntiqli deyil"

PUTİN ÇİNDƏN ELƏ MESAJLAR VERDİ Kİ...  - \"Avropa 90-cı illərin təhlükəsizlik nizamı ilə bağlı  şərtləri gözləməsin, bu, daha məntiqli deyil\"

GÜNDƏM

Bugün, 19:55

Rusiya Prezidenti Vladimir Putin Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Trampla görüşündən sonra yeni açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, belə görüşlərin davamlı olmasını çox istədiyini deyib.

"Şübhəsiz ki, diplomatiya tarixinin bir səhifəsinə çevrilib", - deyən Putin mətbuat konfransında bildirib ki, belə mühüm görüşlərdə vacib məsələlərlə bağlı fikir mübadiləsi aparmaq şansı əldə olunur ki, bu da çox mühümdür: "Düzdür, mübahisəli məsələlər üzrə tam razılıq olmasa belə, qarşılıqlı anlaşmalar əldə edilib. Nəzərə alaq ki, belə görüşlər əvvəllər olmayıb. İndi isə belə bir görüş baş tutub. Rusiya, Çin və ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri kimi, BMT-də islahatlar və onun potensialının artırılması məsələlərini də müzakirə etdik. Hamımız razıyıq ki, bu universal təşkilatın işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır".

Putinin sözlərinə görə, təxminən 90 dəqiqə çəkən qapalı görüşdə əsasən dünyanın təhlükəsizlik məsələləri gündəm olub: "Biz kütləvi qırğın silahlarının və nüvə silahlarının yayılmasının qarşısının alınmasına və naviqasiya azadlığı ilə bağlı bəzi məsələlərin üzərində çox dayandıq. Biz beynəlxalq dəniz hüququnun bütün normalarına riayət olunmasını dəstəkləyirik". 

Putin həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin öz yurisdiksiyasını aşaraq, siyasi qərarlar qəbul etdiyini və liderlərin bu məsələdə də razılığa gəldiyini bildirib: "Bu müzakirə tamamilə sərbəst və son dərəcə açıq bir mühitdə baş tutdu. Bu, bir-birimizi daha yaxşı başa düşməyimizə imkan verdi və gələcəkdə oxşar görüşlər üçün zəmin yaratdı. Bu görüşlərin eyni formatda və ya başqa formatda keçirilməsinin fərqi yoxdur. Ümumilikdə, bu görüş olduqca faydalı oldu".

Ukraynadakı münaqişəyə son qoymaq üçün kompromis axtarışı ilə bağlı Putin deyib ki, güzəştli variantlar var: "Əlbəttə ki, kompromis variantları var. Bu kompromislər Amerika tərəfi tərəfindən təklif edilib və biz onları heç bir dəyişiklik etmədən qəbul etdik. Buna görə də, kompromis variantları mövcuddur və bizim tərəfimizdən dəstəklənir. Bu günün sual budur: münaqişənin digər tərəfləri, Ukrayna və onun Avropa tərəfdarları bu kompromisləri qəbul etmək istəyirlərmi? Yəni, onlar döyüşlərə və müharibəyə son qoymaq üçün sülh yolu ilə razılığa gəlmək istəyirlərmi? Gördüyümüz qədəri ilə, hazırda istəmirlər. Amma görəcəyik ki, hər şey dəyişkəndir, hər şey dəyişir.

Deyə bilərəm ki, Rusiya Ukraynanın Rusiya kimi təhlükəsizlik hüququna malik olduğunu qəbul edir. Təbii ki, Rusiyanın da belə narahatlığı var. Və biz səkkiz ildir ki, bunun üçün müharibədəyik".

Rusiya lideri  ABŞ Prezidenti Trampın Ukrayna böhranını həll etmək və Rusiya ilə ABŞ arasında münasibətləri yaxşılaşdırmaq üçün səmimi şəkildə çalışdığını da sözlərinə əlavə edib: "Bu tendensiyanın davam edəcəyinə əminəm".

Ukraynanın Krım körpüsünə hücumlarına toxunan Putin körpünün hərbi məqsədlər üçün istifadə edilməməsi barədə təlimat verdiyini bildirib: "Bu, tamamilə mülki elementdir. Təhlükəsizlik Şurasının üzvləri ilə Ukraynanın bəzi ərazilərində atəşkəs ehtimalını müzakirə etmişdik. Lakin Krım körpüsünə hücumlardan sonra biz fikrimizi dəyişəcəyik. Biz bu hücumlara cavab verəcəyik. Cavabımız Kiyev üçün etdiklərindən daha ağrılı olacaq".

Putin Ukrayna ərazisində hər hansı bir ölkənin qoşun yerləşdirməsini də qəbuledilməz hesab edir: "Bu, Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq.  Ona görə olmaz! Avropa İttifaqı ilə  Ukrayna arasında hərbi əməkdaşlıq Rusiya üçün problemə yol açır ki, biz buna müsbət baxa bilmərik.

Bu yerdə təkrar edim ki, biz Avropa ilə münasibətlərin yenidən qurulmasını vacib hesab edirik. Amerikalılar da bizim Avropa ilə münasibətlərimizi daim yaxşılaşdırmağa çağırır. Amma biz onlarla münasibətlərimizi korlamamışıq. Onlar bunu edib. Düzəltmək üçün də boş siyasi iddia və fikirlərdən əl çəkməlidirlər. Rusiya Avropa ölkələri ilə müharibə etmək istəmir. Avropaya hücum haqqında nə deyirlər? Hamı başa düşür ki, biz Avropa ilə müharibə etmək istəmirik. Bu nə cəfəngiyatdır?

Belə görürəm ki, Avropanın bəzi ölkələrinin siyasi administrasiyalarında dəyişikliklər olmadan Rusiya ilə münasibətlərin tam normallaşması mümkün olmayacaq.

Qaldı Ukraynadakı münaqişənin həlli üçün danışıqlar prosesində Avropa ölkələrinin iştirakı ehtimalına, ABŞ bubna israr edir. ABŞ Ukraynanın təhlükəsizliyi məsələsini Avropanın ümumi təhlükəsizlik sistemi çərçivəsində həll etmək yanaşmasını qəbul edir.  Rusiya da Avropa rəsmilərini diplomatik kanallar vasitəsilə Moskvaya dəvət edib. Çünki biz ilk növbədə Avropa ölkələrinin təhlükəsizliyin təmin edilməsi ilə bağlı mövqelərini öyrənmək istəyirik. Avropada yeni təhlükəsizlik sisteminin yaradılması ilə bağlı konsensusa gələ bilərik. Biz heç nədən imtina etmirik. Biz kompromis axtaracağıq. Məncə, bu kompromislər mümkündür. Həm Rusiya, həm də Ukrayna təhlükəsizlik hüququna malikdir. Ancaq Avropanın təhlükəsizlik nizamı ilə bağlı 1990-cı illərin əvvəllərindəki şərtlərə qayıtmaq daha məntiqli deyil".

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR