Milli Məclis 8 noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib
SİYASƏT
Bugün, 11:55
Milli Məclis 8 noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bəyanatın mətnini deputat Hikmət Məmmədov oxuyub.
Bəyanatda deyilir:
"2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində qazanılan zəfər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilmişdir. Azərbaycan milli maraqlarını müdafiə etmək üçün lazımi siyasi iradəyə, siyasi, iqtisadi, hərbi və diplomatik imkanlara malik olduğunu nümayiş etdirmişdir. Silahlı qüvvələrimiz yüksək döyüş məharəti nümayiş etdirərək dünya hərb tarixində şanlı səhifələr yazmışdır. Düşmənin uzun illər ərzində qurduğu keçilməz hesab edilən müdafiə xətləri yarılmış, hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılmışdır. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazilərinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi, ümumən 300-ə yaxın yaşayış məntəqəsi düşmən tapdağından azad edilmişdir.
Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün olmuşdur. Azərbaycan şəhid və qazilərinin canı və qanı bahasına BMT-nin Təhlükəsizlik Şurasının və baş assambleyasının, BAA-nın və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasını təmin edərək tarixi ədaləti və beynəlxalq hüquq normalları və prinsiplərini bərpa etmişdir. Azərbaycan dövlətinin diplomatik səyləri Kəlbəcər, Ağdam və Laçın rayonlarının sonrakı günlərdə dinc yolla azad edilməsinə gətirib çıxarmışdır. 2020-ci ildə qazanılmış tarixi qələbə Azərbaycanın dövlət suverenliyinin tam bərpası üçün möhkəm təməl yaratmışdır.
2020-ci il sentyabr ayının 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Ermənistana aid olan qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, separatçı rejim ləğv olunmuş və ölkənin bütün ərazisində konstitusiya quruluşu bərqərar edilmişdir. Xankəndi şəhərində və azad edilmiş digər yaşayış məntəqələrində dövlət bayrağının qaldırılması milli iradəmizin təntənəsini və dövlətçiliyimizin sarsılmazlığını əyani təcəssüm etdirmişdir. Döyüş meydanlarında hərbi qələbələr Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dövlətçilik konsepsiyasının ardıcıl həyata keçirilməsinin qanunauyğun nəticəsi olmuşdur.
İqtisadiyyatın inkişaf etdirilməsi, müasir ordunun qurulması, ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi doğma torpaqlarımızın işğaldan azad edilməsi üçün zəruri şərait yaratmışdır. Xalqımızın gücünün dəmir yumruq ətrafında səfərbər edilməsi mövcud imkanları taleyüklü milli vəzifənin yerinə yetirilməsinə qadir olan qarşısıalınmaz qüvvəyə çevirmişdir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi liderliyi tarixi qələbənin qazanılmasında müstəsna rol oynamışdır. Onun strateji baxışı, siyasi iradəsi, sərkərdəlik istedadı və tarixin həlledici məqamlarında düzgün qərarlar qəbul etmək məharəti hərbi, diplomatik və informasiya sahəsində fəaliyyəti milli gücümüzün vahid hədəfə yönəltməyə imkan vermişdir.
Dövlət başçısının rəhbərliyi və ölkənin iqtisadi potensialı müdafiə qüdrətinə, ümumxalq dəstəyi sarsılmaz qətiyyətə, döyüş meydanında qələbələrə və uzunmüddətli siyasi nəticələrə çevrilmişdir. Prezident İlham Əliyev xalqımızın Vətən torpaqlarının azad edilməsi ideyası ətrafında birləşdirərək və bunu əməli həyata keçirəcək tarixi bir missiyanı yerinə yetirmişdir. Xalqımızın öz müqəddəratını özü müəyyənləşdirməyə, hüquqlarını müdafiə etməyə və qarşıya qoyduğu məqsədləri əldə etməyə qüdrəti çatan yenilməz bir xalq olduğunu bütün dünyaya nümayiş etdirmişdir.
Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası Cənubi Qafqazda uzunmüddətli sülh yaradılması üçün yeni imkanlar açmışdır. Müharibədən sonra sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslanaraq dövlətlərarası münasibətlərin normallaşması üçün də ardıcıl səylər göstərmişdir. Dövlətimiz dayanıqlı sülhü regionun bütün xalqlarının təhlükəsizliyinin və rifahının zəruri şərti hesab edir. Bu baxımdan 2025-ci il avqust ayının 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə edilmiş Vaşinqton razılaşmaları xüsusi əhəmiyyətə malikdir.
Azərbaycanla Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülhün və dövlətlərarası münasibətlərin təsbit edilməsi haqqında sazişin mətninin paraflanması uzun illər davam etmiş qarşıdurmaların aradan qaldırılması yolunda mühüm addım olmuşdur. Bu razılaşmalar sülh prosesinin irəli aparılmasında, kommunikasiyaların açılmasına, qarşılıqlı hörmətə və revanşizmdən imtinaya əsaslanan münasibətlər qurulmasına şərait yaratmışdır.
Milli Məclis hesab edir ki, uzunmüddətli sülhün yaradılması, qəbul olunmuş öhdəliklərin yerinə yetirilməsini, ərazi iddialarına bəhanə verən şərtlərin aradan qaldırılmasını, etimatsızlığa və düşmənçiliyə meydan açan hərəkətlərə yol verilməməsini tələb edir. Beynəlxalq birlik region dövlətinin suveren seçiminə və təşəkkül tapmış yeni reallığa hörmətlə yanaşaraq birbaşa dialoqa və əməli əməkdaşlığa köməklik göstərməlidir.
Bu gün Azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. İşğal dövründə viran qoyulmuş torpaqlarda şəhər və kəndlər yenidən inşa olunur, müasir nəqliyyat və enerji şəbəkələri, təhsil və tibb müəssisələri, digər obyektlər yaradılır. Tarixi, mədəni və dini abidələr bərpa olunur, iqtisadi fəaliyyət və əhalinin layiqti yaşayışı üçün şərait təmin edilir. Həyata keçirilən Böyük Qayıdış proqramı zəfərə konkret quruculuq məzmunu verir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması nəticəsində onların pozulmuş hüquqları və sabaha olan inamları bərpa olunur, soydaşlarımız əcdadlarının yurd yuvalarına, torpaqlarına qovuşur, işğalçıların məhv etməyə çalışdıqları həyat Qarabağda yenidən çəklənir.
Milli Məclis əmin olduğunu bildirir ki, ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlət müstəqilliyini və suverenliyi qorumağın vacib şərti olaraq qalır. Güclü Azərbaycan öz təhlükəsizliyinin etibarlı təminatçısı və regional sabitliyin mühüm amilidir. Biz Prezident İlham Əliyevin həyata keçirdiyi dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi, azad edilmiş ərazilərin bərpası və uzunmüddətli sülhün bərqərar edilməsi xəttini qətiyyətlə dəstəklədiyimizi bildiririk. Parlament həmin vəzifələrin yerinə yetirilməsi üçün zəruri qanunvericilik bazasını bundan sonra da təmin edəcək, milli maraqların müdafiəsi üçün parlament diplomatiyasının imkanlarından səmərəli şəkildə istifadə edəcəkdir.
Milli Məclis Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı, silahlı qüvvələrimizin əsgər və zabitlərini, şəhid ailələrini və qaziləri, bütün xalqımızı Zəfər Günü münasibətilə təbrik edir. Tarixi qələbəmizin nailiyyətlərini qorumaq, müstəqil Azərbaycanı daha da möhkəmləndirmək, gələcək nəsillərə güclü dövlətin miras qoymaq hamımızın borcudur".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Meydan TV-nin hǝbsdǝ olan ǝmǝkdaşları bəyanat yayıb
Bugün, 12:55 SİYASƏT
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sazişlər ratifikasiya olunub
Bugün, 12:53 SİYASƏT
-
AFFA bu klubları cəzalandırdı
Bugün, 12:53 İDMAN
-
OKTYABRIN “ULDUZ”U – XAQANI ŞIRVANI -900
Bugün, 12:46 PRESS
-
"Call Center"lər vasitəsilə kiberdələduzluq - Azərbaycan polisi Ukraynada müdhiş əməliyyata imza atdı + VİDEO, FOTO
Bugün, 12:31 KRİMİNAL
-
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl... - Üstü indi açıldı
Bugün, 12:13 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:09 CƏMİYYƏT
-
OMBUDSMAN DƏYİŞMƏDİ... - Deputatlar 3 namizəd arasından yenə eyni adamı seçdi + FOTO (Yenilənib)
Bugün, 12:06 SİYASƏT
-
Milli Məclis 8 noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib
Bugün, 11:55 SİYASƏT
-
Məşhur aktrisa ilə "Beşiktaş"lı futbolçu gizli eşq yaşayır
Bugün, 11:47 İDMAN
-
Aktrisa: "Arıqlamaq vəsvəsi xəstəlikdir"
Bugün, 11:42 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev Xose Raul Mulino Kinteroya məktub göndərib - MƏTN
Bugün, 11:30 GÜNDƏM
-
Prezident İlham Əliyev yeni səfirləri qəbul edib -FOTO (YENİLƏNİB)
Bugün, 11:18 GÜNDƏM
-
MƏSLƏHƏTÇİYƏ 55 MİN MANAT MAAŞ? - "Azərenerji"nin sabiq rəhbəri Etibar Pirverdiyevin adının hallandığı məhkəmə işində şok iddialar səslənir
Bugün, 11:17 KRİMİNAL
-
Deputatlar İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Bugün, 11:11 GÜNDƏM
-
Dotasiyadan məhrum qalacaq icra başçıları... - Onlar rayonu necə idarə edəcək? +VİDEO
Bugün, 11:07 İQTİSADİYYAT
-
DAHA BİR VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - Birgə məlumat yayıldı
Bugün, 11:00 GÜNDƏM
-
Leylan Nəsirova direktor təyin olunub
Bugün, 10:49 CƏMİYYƏT
-
Azərbaycan nefti sərt düşüşə keçdi - Birdən-birə 10 dollar ucuzlaşma var
Bugün, 10:37 İQTİSADİYYAT
-
"Kurtlar vadisi"nin "Kaşifoğlu"su və ya MİT zabitinin şübhəli ölümü - Məzar açıldı, meyit müayinə olundu, zəhərlənmə təsdiqləndi
Bugün, 10:32 SİYASƏT
-
MƏŞĞULLUQ SİYASƏTİ: yaş, təcrübə və gərəksiz elanlar...
Bugün, 10:25 CƏMİYYƏT
-
Qrenlandiya müstəqillyə dorğru ilk addımı atdı?
Bugün, 10:19 DÜNYA
-
Mingəçevirdə bıçaqlanma olub
Bugün, 10:17 KRİMİNAL
-
"Zəngəzur layihəsinin tezliklə reallaşacağına tam əminəm" - Elmar Məmmədyarov
Bugün, 10:09 SİYASƏT
-
ABŞ-da TARİXİ SEÇKİ: Trampın qalan iki ili və qeyri-müəyyən vəziyyət... - Amerikalılar müharibə və bahalaşmaya "hə", yoxsa "yox" deyəcək?
Bugün, 09:55 GÜNDƏM
-
Sumqayıt Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifədən azad olunub
Bugün, 09:43 CƏMİYYƏT
-
Türkiyə seçkini bir ay əvvələ çəkir: Ərdoğanın son namizədliyinin yolu belə açılacaq - MÜŞAVİRDƏN AÇIQLAMALAR
Bugün, 09:21 SİYASƏT
-
İranın Qeşm adası bombalanıb
Bugün, 09:17 GÜNDƏM
-
Türkiyədə tanınmış iş adamına "xərac" kəsmək istəyən "çirkinlər" qandallanır - 8 nəfər tutulub
Bugün, 09:14 KRİMİNAL
-
Əmlakın bölünməsi, payın ayrılması və ya kompensasiya məbləğinin müəyyən edilməsi... - MÜSAHİBƏ
Bugün, 09:00 CƏMİYYƏT
-
Ər-Riyadda dronlara yenə hücum olunub
Bugün, 00:13 DÜNYA
-
Dövlət Baxçalının bacısı vəfat edib
Bugün, 00:10 DÜNYA
-
TRAMPDAN SEÇKİ GÜNÜ İRANLA BAĞLI MÜHÜM - AÇIQLAMA
Bugün, 00:04 GÜNDƏM
-
Deputatın daha 4 yaxını həbs edildi - Qardaşı və 6 nəfər isə ev dustaqlığına buraxıldı
Bugün, 00:03 SİYASƏT