Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
İQTİSADİYYAT
Bugün, 16:07
Qurama konsepsiyası əsasında təşkil olunan tədbirdə Azərbaycanın mədəni irsi və qadınlar üçün yeni inkişaf imkanları diqqət mərkəzində olub
“Azercell”in tərəfdaşlığı ilə Azərbaycan İşgüzar Qadınlar (“Azerbaijan Business Women”) təşkilatının təsis etdiyi “SHE” platforması çərçivəsində “Gələcəyin toxuması” (“Fabric of the Future”) adlı tədbir baş tutub. Proqramda ənənəvi sənətkarlığın müasir yaradıcılıqda yaşadılması, eləcə də qadınlar üçün yeni sosial və iqtisadi imkanların yaradılması mövzularına yer verilib.
Mia.az xəbər verir ki, tədbirdə Azərbaycanın qədim tətbiqi sənət növlərindən olan quramanın dirçəldilməsi, tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində çalışan Əminə Məlikovanın yeni kolleksiyası nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan İşgüzar Qadınlar təşkilatının sədri və “SHE” platformasının təsisçisi Tatyana Mikayılova təşəbbüsün ideyası və əhəmiyyəti haqqında danışıb.
Tədbirin davamında çıxış edən “Azercell”in hüquq və data strategiyası üzrə baş direktoru Şirin Əliyeva qadınların imkanlarının genişləndirilməsində texnologiyanın və məsuliyyətli biznesin rolundan danışıb: “Texnologiya mədəni irsimizi yalnız qorumağa deyil, onu yeni iqtisadi imkanlara çevirməyə də kömək edir. Rəqəmsal bacarıqlar və texnologiyalara çıxış sayəsində qadınlar ənənəvi sənətkarlıq nümunələrini daha geniş auditoriyaya təqdim edə və bizneslərini inkişaf etdirə bilərlər. Bizim məqsədimiz keçmişdən miras qalan mədəni dəyərləri qorumaqla yanaşı, gələcək nəsillər üçün daha geniş imkanlar yaratmaqdır”.
Şirin Əliyeva, həmçinin “Azercell”in qızların və qadınların fərdi inkişafına və sosial rifahına dəstək məqsədilə həyata keçirdiyi təşəbbüslər haqqında məlumat verib.
Tədbirdə “Azercell”in təşkilatçılığı ilə “Gələcəyimizi formalaşdırmaq” mövzusunda panel müzakirəsi də keçirilib. Müzakirədə cəmiyyətin qadınlardan gözləntiləri, eləcə də qadın və qızların dəstək xidmətlərinə çıxışı barədə fikir mübadiləsi aparılıb.
Paneldə iştirak edən “Azercell”in Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova qadınların sosial və iqtisadi müstəqilliyinin gücləndirilməsi və qızların inkişaf imkanlarının genişləndirilməsi məsələlərinə toxunub. O, şirkətin dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” və “Oflayn Qadınlar” rəqəmsal platforması haqqında məlumat verərək, bu təşəbbüslərin çətin həyat şəraitində olan qadınların vaxtında dəstək almasına xidmət etdiyini bildirib. Sona Abbasova Azercell abunəçilərinin “Qadın Dəstək Xətti”nə ödənişsiz zəng edə, “Oflayn Qadınlar” platformasından isə internet paketi olmadan yararlana bildiklərini qeyd edib. O, bu imkanların qadınların ehtiyac duyduqları anda dəstək xidmətlərinə çıxışını asanlaşdırdığını vurğulayıb.
Proqram aktyor, dramaturq və teleaparıcı Kamran Ağabalayevlə Əminə Məlikovanın söhbəti ilə davam edib.
“Azercell” bu tərəfdaşlıqla qadınların öz bacarıqlarını reallaşdırmasına və yeni imkanlar qazanmasına dəstəyini ifadə edib. Şirkət təhsil, rəqəmsal bacarıqlar və sosial dəstək sahələrində təşəbbüsləri ilə qadınların cəmiyyətin sosial və iqtisadi həyatında daha fəal iştirakını təşviq edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
Bugün, 18:05 İDMAN
-
Türkiyədə işıqpulu qalxıb - Yanvarın 1-dən
Bugün, 17:38 İQTİSADİYYAT
-
BİR GÜNDƏ ÜÇ GƏMİ... - Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
Bugün, 17:22 DÜNYA
-
DEPUTATLAR DAHA 10 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - SİYAHI
Bugün, 17:22 GÜNDƏM
-
YAP Təftiş Komissiyası toplandı: sədr və müavin seçildi
Bugün, 17:05 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Canlı yayımda Türkiyəni hədələdi: "Gərəkirsə, anlayacaqları dildə başa salarıq"
Bugün, 16:56 DÜNYA
-
Ard-arda ittihamlar öz işini gördü - Deputat istefa verdi
Bugün, 16:42 SİYASƏT
-
Böyük ümidlərlə alınmışdı, indi isə... - "Gedirəm"
Bugün, 16:35 İDMAN
-
ƏRDOĞANLA BAYRAMOVUN ZİRVƏYƏ DAMĞA VURAN SÖHBƏTİ... - FOTOLAR
Bugün, 16:31 GÜNDƏM
-
Tokayev Ankarada: "Türkiyə inanılmaz beynəlxalq nüfuza malik bir ölkədir"
Bugün, 16:24 SİYASƏT
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - SİYAHI
Bugün, 16:09 GÜNDƏM
-
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Bugün, 16:07 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Ankaradan mühüm mesajlar verdi: "Ölkəmiz yalnız öz təhlükəsizliyini təmin etmir, daha geniş regionda..." (YENİLƏNİB)
Bugün, 16:02 SİYASƏT
-
Media və Yayım Şurasında görüş keçirilib
Bugün, 15:49 PRESS
-
Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama
Bugün, 15:41 GÜNDƏM
-
Bakıda bağçada uşaqlara zorakılıq... - Cinayət işi açıldı + VİDEO
Bugün, 15:20 CƏMİYYƏT
-
Aqrar Universitetində kütləvi ixtisar - 50-dən çox müəllimin müqaviləsinə xitam verilib
Bugün, 15:07 CƏMİYYƏT
-
GÖMRÜKDƏ VƏZİFƏ YÜKSƏLİŞİ... - Əsasnaməyə düzəliş edilir, nələr olacaq?
Bugün, 14:58 GÜNDƏM
-
Nazirliklə TƏBİB-in mətbuat xidmətləri birləşdirilir
Bugün, 14:19 PRESS
-
DEPUTATIN ƏRİ BANKDAN GÖNDƏRİLİR, YOXSA...? - Daha bir bank dəyşikliyə hazırlaşır
Bugün, 14:12 İQTİSADİYYAT
-
Akademiyaya rektor əvəzi təyin olunub
Bugün, 13:53 GÜNDƏM
-
Korrupsiya barədə məlumat verən şəxsə nə qədər və neçə günə mükafat veriləcək? - YENİ QANUNUN DETALLARI
Bugün, 13:48 CƏMİYYƏT
-
Bakıda kilsə açılışı... - Roma Papası XIV Leo gələcək?
Bugün, 13:42 GÜNDƏM
-
Deputatlar bu tarixdə toplanacaq
Bugün, 13:42 GÜNDƏM
-
Milyonçunun villasına gecə yarısı basqın: özü və iki qızı güllələləndi, arvadı çəkiclə döyüldü - Kanadadakı şok olay dünyanın diqqətində (FOTO)
Bugün, 13:23 KRİMİNAL
-
Osimhenin ikinci övladı dünyaya gəlib
Bugün, 13:15 İDMAN
-
“Xalçalar diyarı” sərgisi açılıb - FOTOLAR
Bugün, 13:14 MƏDƏNİYYƏT
-
Salyanda məktəb binasını yandırmaq istəyənlər həbs edilib
Bugün, 12:59 KRİMİNAL
-
İpoteka, yoxsa nağd pulla ev almaq?! - Ekspertdən şərh
Bugün, 12:55 İQTİSADİYYAT
-
Deputat “Niyə Ağdamda mənə ev düşmür?” deyib mülk istədi, Sahibə Qafarova etiraz etdi: "Görülən işlərə ləkə salırsınız"
Bugün, 12:53 GÜNDƏM
-
Noyabrda hava necə olacaq? - AYLIQ PROQNOZ
Bugün, 12:50 CƏMİYYƏT
-
Əli Əsədovla İrakli Kobaxidze bir araya gəldi - Siqnaxidə + FOTO (YENİLƏNİB)
Bugün, 12:32 GÜNDƏM
-
"Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul olunub - DETALLAR
Bugün, 12:20 CƏMİYYƏT