Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama

Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama

GÜNDƏM

Bugün, 15:41

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Fikrət Cəfərova direktor vəzifəsinin icrası tapşırılıb.

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Fikrət Cəfərovun direktor vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Qurumun açıqlamasına görə, bu, təyinat deyil: "Xidməti zərurətlə əlaqədar direktor vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilib".

Xatırladaq ki, iddiaya görə, Fikrət Cəfərova oktyabrın 8-də TƏBİB-in əvvəlki icraçı direktoru Anar Bayramovun əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Buna səbəb TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin araşdırması zamanı aşkarlanan əmək və icra intizamı pozuntuları göstərilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR