BU ƏCNƏBİLƏRƏ AZƏRBAYCANDA UZUNMÜDDƏTLİ YAŞAMAQ İCAZƏSİ VERİLƏCƏK - Diplomatlara isə... (YENİLƏNİB)

BU ƏCNƏBİLƏRƏ AZƏRBAYCANDA UZUNMÜDDƏTLİ YAŞAMAQ İCAZƏSİ VERİLƏCƏK - Diplomatlara isə... (YENİLƏNİB)

CƏMİYYƏT

Bugün, 12:38

Milli Məclis əcnəbilərə və vətəndaşlığı olmayan bəzi şəxslərə müvəqqəti yaşamaq üçün uzunmüddətli icazə verilməsini ilk oxunuşda qəbul edib.

Miaa.z xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, layihəyə əsasən, həmçinin iş icazəsinin alınmasının tələb olunmadığı hallara münasibətdə subyektlər dairəsinin genişləndirilməsi təklif olunur.

Belə ki, aqroparkın rezidentinin - hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin, habelə həmin rezident tərəfindən Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin bu subyektlər dairəsinə daxil edilməsi təklif edilir.

İcazələr 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək nəzərdə tutulacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Milli Məclis Azərbaycanda fəaliyyət göstərən diplomatlar və əcnəbi nümayəndələrin ölkədə 15 gündən çox qaldıqda qeydiyyata alınmasını ilk oxunuşda təsdiqləyib.

Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihədə təklif olunur ki, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvləri və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvləri, həmçinin Azərbaycana diplomatik missiya və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən şəxslər 15 gündən artıq Azərbaycanda müvəqqəti olduqda, onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilsin.

Bu zaman onlara Azərbaycanda statusunu və qeydiyyatını təsdiq edən qeydiyyat vəsiqəsi veriləcək.

Layihədə 25-ci maddəyə təklif edilən digər dəyişikliklərdə isə rəsmi səfər məqsədi ilə verilən giriş vizasının şamil olunduğu şəxslərin siyahısı daha da dəqiqləşdirilir.

Təklif edilən redaksiyaya əsasən, Rəsmi səfər vizası Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvlərinə və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvlərinə, həmçinin Azərbaycana diplomatik missiya və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR