Rusiya Xerson istiqamətində müvəqqəti atəşkəs elan edib

Rusiya Xerson istiqamətində müvəqqəti atəşkəs elan edib

GÜNDƏM

Bugün, 10:04

Rusiya Ukraynanın Xerson istiqamətində müvəqqəti atəşkəs elan edib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə sözügedən ölkənin Müdafiə Nazirliyi yayıb.

Məlumatda qeyd olunub ki, bu qərar Xerson vilayətinin Oleşki şəhərində humanitar yardım əməliyyatı səbəbindən verilib: "Rusiya Silahlı Qüvvələri Xerson vilayətinin Oleşki yaşayış məntəqəsində humanitar yardım əməliyyatına hazırlıq çərçivəsində Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində atəşkəsə başlayıb".  

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Rusiya ilə Ukrayna arasında Oleşki şəhəri ilə bağlı atəşkəs anlaşması əldə edildiyini açıqlamışdı. Həmin açıqlamada atəşkəs qərarının 29 oktyabrda qüvvəyə minəcəyi deyilirdi. Görünən odur ki, qərar iki gün əvvələ çəkilib.

Samir MUsayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR