16 yaşlı tiktokerin başını kəsib torbaya qoyublar - Ekvadorda + FOTOLAR

16 yaşlı tiktokerin başını kəsib torbaya qoyublar - Ekvadorda + FOTOLAR

PRESS

Bugün, 09:27

Ekvadorda 16 yaşlı "Tiktoker" Leslibez Anahi Qarsiyanın başını kəsiblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, El Ora bölgəsindəki Pasaje rayonunda  onun kəsilmiş başı qara salafan torbaya qoyularaq idman zallarının birinin  yaxınlığına atılıb.

Məlumata görə, 16 yaşlı qızın bədəni hələ də axtarılır.

Xəbərdə o da deyilir ki, qətldən sonra onun başına silah tuşlandığını göstərən video yayılıb. Polis video ilə qətl arasındakı əlaqəni araşdırır: "Hələlik  hadisənin  kimin və niyə törətdiyi bəlli deyil. Cinayatkar və ya cinayətkarların axtarışı davam edir".

Məluatda o da deyilir ki, Pasaje Texniki Peşə Məktəbində oxuyan qız  "TikTok"da rəqsi, mahnıları və gündəlik həyatından görüntülər paylaşmaqla məşhurlaşıbmış.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR